Bakıda qəza: arakəsməni keçən avtomobil qəza törətdi
03:42 – 19 May, 2017

Gecə saatlarında Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

APA TV-nin xəbərinə görə, Heydər Əliyev prospektində qeydə alınmış hadisə zamanı "Tofaş" və "Mercedes" markalı minik maşınları toqquşub. Əraziyə Nərimanov RPİ-nin əməkdaşları və YPX müfəttişləri cəlb olunub.

İlkin məlumata görə, "Mercedes" markalı avtomobil ikinci dərəcəli yolun kənarında dayanmış olub. "Tofaş" markalı minik maşını isə birinci dərəcəli yolla şəhərin mərkəzindən metronun "Koroğlu" stansiyası istiqamətində hərəkət edirmiş və qəfildən avtomaşın yolayırıcı bardürü aşaraq, dayanmış vəziyyətdə olan "Mercedes"ə çırpılıb. Nəticədə "Tofaş"ın sürücüsü xəsarət alıb.

Yol qəzasının səbəblərini Nərimanov RPİ-nin təhqiqatçıları araşdırır. Hadisənin baş verməsində əsas səbəb kimi yüksək sürət və idarəetmənin itirilməsi göstərilir.

X

XƏBƏRLƏR
BÖYÜT