İranda prezident seçkiləri keçirilir
10:01 – 19 May, 2017

İranda prezident seçkiləri keçirilir. APA TV-nin İran Milli Seçki Komissiyasının məlumatına istinadən məlumatına görə, ölkədə 56 milyon nəfər səsvermə hüququna malikdir. Ümumilikdə 63 min seçki məntəqəsi açılıb.  

 

İran prezidenti postu uğrunda dörd namizəd - hazırkı prezident Həsən Ruhani, ayətullah İbrahim Rəisi, sabiq vitse-prezident Mustafa Həşimi-Taba və mühafizəkar Mustafa Ağa Mirsəlim mübarizə aparır. İranın seçki qanunvericiliyinə əsasən, namizədlər seçicilərin 50 faizinin səsini toplaya bilməyəcəyi təqdirdə, bir həftə sonra ən çox səs toplamış iki namizədin iştirakı ilə təkrar seçkilər keçiriləcək.   

Qeyd edək ki, İranda  prezident seçkiləri ilə paralel şəhər Şuralarına və parlamentə əlavə seçkilər keçirilir.

 

Seçkilərdə təhlükəsizliyin təmin edilməsinə hüquq-mühafizə orqanlarının 300 minədək əməkdaşı cəlb edilib. 

 

X

XƏBƏRLƏR
BÖYÜT