Yaponiya imperatoru taxt-tacdan uzaqlaşdırıla bilər - ƏNƏNƏ POZULUR
10:30 – 19 May, 2017

Yaponiya hökuməti imperator Akihitonun taxt-tacdan kənarlaşdırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, yaxın saatlarda sənəd baxılması üçün parlamentə göndəriləcək.  

 

Belə bir qanunun qəbuluna səbəb 83 yaşlı imperatorun ötən ilki çıxışlarından birində dövlət işləri ilə məşğul olmağın onun üçün çətinlik yaratması və hakimiyyəti oğluna təhvil vermək niyyəti ilə bağlı açıqlaması rəvac verib.

 

Əgər sözügedən qanun layihəsi qəbul olunarsa, imperator 2018-ci ilin dekabrında taxt-tacını rəsmən 57 yaşlı oğluna təhvil verəcək.

 

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, imperator ömrünün sonuna kimi ölkəyə rəhbərlik etməlidir.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT