"Qara qızıl" bahalaşmağa başladı - SƏBƏBLƏR
10:39 – 19 May, 2017

Dünya bazarında neftin qiymətləri ciddi şəkildə bahalaşıb.

 

APA TV-nin məlumatına görə, qiymətlərin artmasının bir neçə səbəbi var. ABŞ-da neft ehtiyatları ötən həftə 0,7 milyon barel azalıb. Bununla da ardıcıl 6 həftəlik azalma qeydə alınıb. Digər tərəfdən bu ölkədə neft quyularının sayı azalır.

 

OPEK cəbhəsində isə ötən ilin noyabr ayında əldə olunan istehsalın azaldılması barədə razılaşma daha 9 ay uzadılıb. OPEK və razılaşmaya imza atan qeyri-kartel ölkələri yeni razılaşmaya əməl edəcəklərini açıqlayıb.

 

Qeyd olunan səbəblər qiymətlərin bahalaşmasını təmin edib. Maraqlı olan ABŞ Mərkəzi Bankının dolların faiz dərəcəsini artırması olub.

 

Hazırda birjalarda Brent nefti 52,91 dollardan təklif olunur. WTİ nefti də bahalaşıb. Qərbi Texas nefti 49,79 dollardan satılır.

X

XƏBƏRLƏR
BÖYÜT