FTB-nin rəhbəri postuna yəhudi gətirilə bilər
10:56 – 19 May, 2017

ABŞ Federal Təhqiqatlar Bürosunun rəhbər postuna ən şanslı namizədin adı açıqlanıb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib.

Yalnız bu açıqlama ilə kifayətlənən Ağ Ev sahibi Co Libermanı ən layiqli namizəd bildiyini söyləyib.

Co Liberman vaxtı ilə Konnektikut ştatından Senata seçilib. Onun üç rəqibi qurumun təhqiqatlar bürosunun əməkdaşıdır.

Xatırladaq ki, adı çəkilən vəzifə mayın 9-dan boşdur. Donald Tramp Ceyms Komini bu postdan kənarlaşdırıb. Ağ Ev sahibinin bu addımı birmənalı qarşılanmayıb.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT