Türkiyə İŞİD-ə qarşı keçiriləcək ən böyük əməliyyatdan imtina etdi
11:22 – 19 May, 2017

Türkiyə Suriyanın Rəqqa şəhərinin İŞİD-dən azad olunması əməliyyatında iştirak etməyəcək. Buna səbəb ABŞ-ın əməliyyata Suriya kürdlərinin YPG qruplaşmasını cəlb etmək niyyətində olmasıdır.  APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib:     

 

"ABŞ-a səfər zamanı biz Rəqqa əməliyyatını müzakirə etdik və ABŞ-ın bu əməliyyata həssaslıqla yanaşdığını gördük. Bildirdik ki, əgər YPG orada olacaqsa, biz iştirak etməyəcəyik, əməliyyatı özünüz keçirəcəksiniz. Əgər Rəqqaya dair qərarınız belədirsə - onda sizə uğurlar diləyirik".  

 

X

XƏBƏRLƏR
BÖYÜT