Keçmiş nazirin həbs müddəti artırıldı - BABAYAN "İQLA" ÜSTÜNDƏ
14:15 – 19 May, 2017

Qondarma "Dağlıq Qarabağ Respublikası"nın sabiq müdafiə naziri Samvel Babayanın həbs müddəti uzadılıb.

 

APA TV-nin erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu onun vəkili Avetis Kalayan deyib.

 

Vəkilin sözlərinə görə, S.Babayan məhkəmə iclasına qatılmaq istəməyib.

 

Qeyd edək ki, bir müddət əvvəl S.Babayanın vəkili qondarma rejimin sabiq müdafiə nazirinin Armen Poqosyan adlı şəxsin irəli sürdüyü fərziyyələr əsasında həbs olunduğunu bildirib. A.Poqosyanın ehtimallarına əsasən, S.Babayanın "İqla" adlı cinayət işi ilə əlaqəsi var.

 

Xatırladaq ki, martın 24-də məhkəmə S.Babayanın iki ay müddətinə həbs edilməsinə dair qərar çıxarıb. O, "İqla" zenit-raket kompleksinin qaçaqmalçılıq yolu ilə Ermənistana gətirilməsi ilə bağlı qaldırılan cinayət işi ilə əlaqədar saxlanılıb. 

X

XƏBƏRLƏR
BÖYÜT