Səlim Müslümov qərb bölgəsində vətəndaşlarla görüşüb
14:20 – 19 May, 2017

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şəmkir rayonunda bu rayonun və Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinlərini  fərdi qaydada qəbul edib.

 

APA TV-nin məlumatına görə, müraciətlər imtiyazlı şəxslərin mənzillə və reabilitasiya vasitələri ilə təmin edilməsi, müxtəlif sosial təminat növlərinə hüququn müəyyən olunması, məşğulluğun təminatı, əmək qanunvericiliyi, sığorta-pensiya münasibətləri, bərpa müalicəsinə köməklik göstərilməsi, aktiv əmək bazarı proqramlarına cəlb olunma və s. məsələlərlə bağlı olub.

 

Vətəndaşlara ətraflı izahatlar verilib. Bəzi müraciətlərlə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinə məsələlərin araşdırılması və cavablandırılması, konkret tədbirlərin görülməsi  təmin edilib.

  

İşlə təmin edilmək üçün müraciət edən vətəndaşların və onların ailə üzvlərinin məşğulluq məsələsi də yerindəcə araşdırılıb. Onlara yaşadıqları ərazi üzrə münasib olan vakant iş yerləri təklif olunub və seçimləri əsasında peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun iş yerlərinə göndərişlər verilib.
 

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlərdə əksini tapan məsələlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

X

XƏBƏRLƏR
BÖYÜT