Mədət Quliyev: "Bu xəyanətkarlar orduda 1988-1990-cı illərdən kök atıb"
15:14 – 19 May, 2017

"Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən casus şəbəkəsinin ifşası ilə bağlı bəyanat verildi. Azərbaycanın daxilində heç bir təhlükə yoxdur, xalq möhtərəm prezidentimizin yanındadır. Prezidentimiz onu sevən xalqa arxalanır. Ancaq Azərbaycan bir çox dövlətlərin, siyasi dairələrin maraq çərçivəsindədir, şübhəsiz ki, kənardan Azərbaycana böyük təhdidlər var".

 

APA-nın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib.

 

DTX rəisi bildirib ki, Azərbaycan çox təhlükəli bir məkanda, Qərbə Şərqin qovşağında yerləşir: "Təbii ki, kənardan Azərbaycana qarşı hər cür təhdidlər mövcuddur. Amma onu da deməliyəm ki, bu təhlükəni Müdafiə Nazirliyinin özü kökündə tapmışdı və artıq istintaq qrupu fəaliyyət göstərir. Prezidentimiz tərəfindən baş prokuror Zakir Qaralova lazımi tapşırıq verilib, istintaq qrupu məsələlərə aydınlıq gətirir. Sadəcə, onlar bir günün, beş günün casusları deyil. Bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən kök atıb. Bu, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən prezidentin tapşırıqlarının düzgün icrasının nəticəsidir ki, bu xəyanətkarlığın üstü açılıb və istintaq da öz qiymətini verəcək".

X

XƏBƏRLƏR
BÖYÜT