Ölümdən dönən uşağın əmisi: "Biz tərəflərdə zəhərli ilanlar çox olur"
15:33 – 19 May, 2017

Lənkəranda 9 yaşlı uşağı ilan sancıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Zövlə kəndində qeydə alınıb.

 

İlan Roman Sadıqovu həyətdə oynayarkən sancıb. Romana ilk yardımı anası göstərib. Uşaq  valideynləri tərəfindən  Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.

 

Uşağın ayağının ön tərəfindən, 3 yerdən ilan sancması müəyyən olunub. Ona zəhər əleyhinə zərdab vurulub. Azyaşlının əmisi həkimlərin vaxtında müdaxilə etdiyini deyir: "Dünən axşam tərəfləri uşağı ilansancma diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gətirdik, həkimlərin ilkin rəyinə görə, ilan sancmadır. Biz tərəfdə bu aylarda zəhərli ilanlar çox olur, suya görə gəlirlər".

 

Hazırda Romanın vəziyyəti yaxşı olduğundan, axşam saatlarında evə buraxılacaq.

 

.

 

X

XƏBƏRLƏR
BÖYÜT