Stress çarxı uşaqlar üçün stress yarad bilərmi?
17:56 – 24 May, 2017

Son günlərdə insanlar arasında populyarlıq qazanan stress çarxları barədə nələri bilirik? İnsanlar, xüsusilə də uşaqlar nə üçün bu çarxlardan istifadə edilər? Stress çarxlarının hansı fəsadları ola bilər? APA TV-nin “Sosium” layihəsinin növbəti buraxılışında cəmiyyətimizin dəbinə çevirlmiş stress çarxlarından danışılıb.

 

Psixoloq Ofeliya Məmmədovanın sözlərinə görə bu günkü "stress çarxı" əvvəlcə diqqəti cəlb etsə də, sonradan bu vərdiş halını alır: "Bu asılılıqdır və internet oyunlarından, asılılıq yaradan sosial şəbəkələrdən heç bir fərqi yoxdur. Ani olaraq bizi əsəbləşdirən anı unutmağa kömək edir, amma daha sonra yenidən oyuncaqdan asılı qalırıq, onsuz dayana bilmirik.  İlk olaraq bizim marağımız üçün onu əldə etməyə çalışırıq, amma o anın özü belə insanda stress yarada bilər".

 

Psixoloq bildirib ki, uşaqların çoxu onu stresslə bağlı olaraq əlinə alıb oynatmır. "Uşaqların  bəziləri "stress çarxı"nı maraq üçün oynadır. Bəzən uşaqlar onu oynatdıqca, düzgün istifadə edə bilmədiyi üçün daha çox əsəb, stress yarada bilər".

 

Ofeliya Məmmədovanın sözlərinə görə uşaq oturub sakitcə televizora baxırsa, bu o demək deyil ki, onun diqqətini inkişaf etdirmiş oluruq: “Məhz stress çarxının da uşaqların diqqətini inkişaf etdirdiyini düşünürük. Valideyn düşünür ki, qısa vaxt ərzində uşaq sakitləşib, onla oynayır. Bizim onda valideynlərə müraciətimiz olur ki, uşaqları sosial şəbəkələrdən və internet oyunlarından uzaq tutun. Həmin uşaqlar assosial olur”.

 

"Bəzi valideynlər düşünür ki, dırnaq yeməkdənsə, zərərli vərdişlərdənsə stress çarxından istifadə daha yaxşıdır" deyə qeyd edən psixoloq  vurğulayıb ki, hər hansı konflikt zamanı ani olaraq qurtulmaq üçün istifadə olunsa da konflikt qalır: "Aqresiyanı yaradan səbəbləri ortadan qaldırmaq lazımdır. Stressi yaradan səbəblərin kökünü tapmaq lazımdır. Bəzən bizim vərdiş etdiyimiz prosesin özü daxilən bizi qıcıqlandırır. Bu davamlı şəkildə olanda adamı yormur, vərdiş yaradır ki, bu da psixoloji problemlərə gətirib çıxardır."

 

Stress çarxının təhsilə təsir imkanlarından bəhs edən psixoloq bunu diqqət faktoru ilə əlaqələndirib: “Əlbəttə dərsə, müəllimə diqqət yetirməyəcək. Bu da istər istəməz uşağı təhsildən geri qoyacaqdır”.

 

Bəzən stress çarxını təsbehə bənzədirlər fikrinə münasibət bildirən qonaq öz praktıkasından misal gətirib. "Təsbehdən siqareti tərgitmək üçün istifadə edən pasyentim daha da stressə düşüb. Burda sadəcə alətlər fərqlidir. Biz sadəcə təsbehə yaşlılar arasında və siqareti tərgitmək istəyənlər arasında rast gəlirik. Biz uşaqlara tövsiyə edə bilmərik ki, stress çarxını yox, təsbehi istifadə etsinlər. Təsbeh stressi azaldır düşüncəsi də yanlış düşüncədir".

 

Stress çarxını kompüter oyunlarının əvəz edəcəyi ilə bağlı fikirlərə münasibət bildirən Ofeliya Məmmədovanın sözlərinə görə, kompüter oyunlarının yalnız təfəkkürü inkişaf etdirən oyunları istisna olmaqla, bir sıra oyunlar aqlarda aqresiya yaradır.

 

Stress çarxlarının satışı ilə bağlı psixoloq bildirib ki, satışı qadağa etmək mümkün deyil: “Ona görə də valideynlərə müraciət edə bilərik, istəsələr bunu uşağa almaya da bilərlər. sadəcə maraq baxımına görə almamalıdırlar. Maraq xətrinə də insanlar stress çarxını alıb baxa bilərlər. Valideynlərin özləri də qeyd etməli bildirməlidir. Həm də bu iradədən asılıdır ki, bunu insanlar özündən uzaqlaşdıra bilsin”.

 

Ofeliya Məmmədova onu da qeyd edib ki, autizmli uşaqlarla işləyən mütəxəssislər daha yaxşı bilir ki, belə uşaqlar fırlanan alətlərə saatlarla baxmaqdan bezmirlər: “Amma mütəxəssislər qadağa qoyulan şeyləri onlardan uzaqlaşdırmaq istəyirlər ki, onların beyni inkişaf eləsin, başqa səmtə uşaqların diqqətini yönəltsin. Ona görə də stress çarxı autuzmli uşaqlarda problem yarada bilər”.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT