İmza günü keçirən müəllifləri tanıyan yoxdur
10:37 – 26 May, 2017

Son zamanlar demək olar ki, hər həftə yazıçılar öz kitablarına təqdimat mərasimləri və imza günlərini keçirlər. Bəs bu təqdimatlar kitabın sonrakı taleyinə, satış dinamikasına necə təsir göstərir? Ümumiyyətlə kimlər imza günü keçirə bilər?  Azərbaycanda müəllif-nəşriyyat münasibətləri hansı səviyyədədir? APA TV-nin “Bizim həftə” layihəsində bu suallarla bağlı maraqlı və ziddiyyətli fikirlər səsləndirilib.

Azərbaycan Yazıçılar Birliyinin müşaviri, yazıçı Elçin Hüseynbəyli bildirib ki, əvvəlcə təqdimar günü və imza günü anlayışlarını bir-birindən fərqləndirmək ayırmaq lazımdır. “Son zamanlar Azərbaycanda imza günlərinin sanki gözdənsalma kampaniyası aparılır. Bunu toyxanaya çevirmək olmaz. Kütləviləşmə antitezis yaradır. Mən eşitmişdim ki, imza gününü o adam keçirir ki, onun kifayət qədər oxucu auditoriyası var. Amma bir məsələ var ki, biz ancaq özümüzdən ibarətik, imza mərasiminə gələnlərin 99%-i ancaq ətrafımızda olan adamlardır, belə halda mən düşünürəm ki, imza günü öz aktuallığını itirir. İmza günü o zaman olur ki, həmin müəllifin əvvəl kitabları olub və oxucu tələbatı var” - Elçin Hüseynbəyli belə deyib.

Dünya tərcübəsindən misal gətirən Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, şairi Qismət Rüstəmov deyib ki, təqdimat kitaba, imza günü isə müəllifə aiddir: “Bizdə təqdimat mərasimləri toylar kimi olub. Orada oxucular deyil, müəllifin di1gər həmkarları iştirak edir. Vəziyyət hələlik belədir ki, biz ancaq bir-birimizin kitab təqdimatında iştirak edib”.

Kitabın yayımı məsələsinə toxunan Qismət Rüstəmovun sözlərinə görə, Azərbaycanda bununla bağlı problemlər var: “Yayım zəif olduğuna görə, təşkilatlar, nəşriyyatlar məcbur olub gücü təqdimat günlərinə salırlar ki, xərci-borcunu ödəsin. Amma o dərəcədə fərq etmir”.

Ədəbi tənqidçi Cavanşir Yusifli hesab edir ki, cavanlar təqdimat mərasimlərinə öncədən hazırlaşmalı, texnologiyalardan istifadə etməlidirlər: “Bizdə təqdimatın ideyası yoxdur, sadəcə özüdür. İnsanlar təqdimat mərasimlərində şəkil çəkdirməkdənsə, orada danışılanları oturub dinləməlidirlər”. Cavanşir Yusfli tövsiyyə edir ki, yazıçı əsəri bitirdikdən sonra kitab çapına tələsməməli, onun kitab kimi alının-alınmayacağını düşünməlidir. 

Qismət Rüstəmov Yaradıcılıq Fonduna kitab çapı ilə bağlı çoxlu sayda müraciətlərin daxil olduğunu, nəşr üçün seçilən əsərlərə diqqətlə yanaşıldığını vurğulayıb: “Bizdə nəşriyyat-müəllif düzgün qurulmayıb. Məsələn 50 kitab verəcəm, yaxın qohumlara paylayarsan. Dünya standartlaırna görə kitabdan öncə nəşriyyat müəlliflərə qonorar ödəməlidir”. Q. Rüstəmovun iddia edir ki, kitabın təqdimatı və təbliği ilə yazıçı deyil, nəşriyyat maraqlanmaldır”.

Elçin Hüseynbəyli oxucuların daha çox detektiv janrına meylli olduqlarını vurğulayıb: “Mən əsərimi dərin fəlsəfəyə bağlaya bilmərəm, intellektual səviyyəyə bağlaya bilmərəm”. Həmçinin kitabların satış dinamikasına toxunan Elçin Heseynbəylinin sözlərinə görə kitabların satışını özündə əks etdirən rəsmi rəqəmlər bu günə qədər açıqlanmayıb.   

X

XƏBƏRLƏR
BÖYÜT