Neftin taleyinə kim qərar verir - OPEK, ya ABŞ?
18:49 – 26 May, 2017

Dünya iqtisadiyyatı üçün son dərəcə önəmli olan bir toplantı dünən başa çatdı. OPEK ölkələri və kartelə üzv olmayan dövlətlər hasilatı aşağı salmaq barədə razılaşmanın müddətini 9 ay artırdılar. Bu razılaşmaya münasibət fərqlidir. Belə fikirlər var ki, razılaşma əldə olunsa belə, qiymətləri bahalaşdırmaq mümkün olmayacaq. Çünki meydanda şist neftinə sahib ABŞ kimi qüdrətli oyunçu var. Bu oyunçu isə nefti ucuzlaşdırmaq siyasətindən əl çəkmək fikrində deyil. Neftin taleyi necə olacaq? Qiymətlərin bahalaşma ehtimalı varmı? Ucuz neft dünya iqtisadiyyatına nə verə bilər? APA TV-nin "Panoram" layihəsinin növbəti buraxılışında bu suallara cavab axtarılıb.

 

Tanınmış iqtisadçı ekspert İlham Şabanın sözlərinə görə bazar iştirakçıları OPEK ölkələri və qeyri OPEK ölkələrinin neft bazarında bundan sonra hansı qərarı qəbul edəcəklərini gözləyirdilər. "Çünki 2008-ci ilə OPEK öz kvotalarını dəyişməmişdi. Birdən-birə səkkiz ildən sonra öz kvotalarına yenidən baxmaq qərarına gəldi. Baxmayaraq ki, yanvar ayından yeni kvotalar qəbul edilməli idi, ötən ilin noyabr-dekabr aylarında neftin qiymətinin 10 dollar yüksəlişinə gətirib çıxardı" - İlham Şaban belə deyib. 

 

İlham Şabanın sözlərinə görə cari ilin ilk üç ayında neftlə bağlı proqnozlar bəlli olduğundan bazar qiymətlərində yüksəliş müşahidə edildi: "Aprel ayında qiymətlərin düşməsin müşahidə etdik. Hətta neftin qiyməti 43 dollara qədər ucuzlaşmışdı".

 

İlham Şaban neft bazarına Norveçlə bağlı siqnalların daxil olmasını xüsusi vurğulayıb: "Konfransa 10 gün qalmış Səudiyyə Ərəbistanının neft naziri Azərbaycana, Türkmənistan, Qazaxıstana səfər etdi. Burada məqsəd yeni iştirakçıları OPEK-ə cəlb etməkdir. Burada hətta Norveçin də adı hallandı. Bundan sonra neftin qiyməti artmağa başladı. Bazara sadəcə informasiya daxil olurdu ki, hansısa müzakirələr gedir. Bazara qızdırıcı elementlər lazımdır. Bazar bunu görmədi. OPEK heç bir kvotanı dəyişmədi".

 

OPEK-in heç bir kvotanı dəyişmədiyini söyləyən ekspertin sözlərinə görə OPEK-in sıralarının qeyri-OPEK ölkələri hesabına artırılması nəzərdə tutulsa da, toplantıya bir gün qalmış Norveç bunu təkzib etdi.  Ekspert onu da deyib ki, OPEK-in sonuncu toplantısının yeganə uğuru böyük hasilatı olmayan Yeni Qvineyanın OPEK-in sıralarına üzv qəbul edilməsi oldu. "5 milyard ümumi ixracı var, bunun da əsası neft-qazdır. Tamamilə karbohidrogenlərdən asılı olan ölkədir" -Ekspert belə deyib.  

 

İlham Şabanın sözlərinə görə konfransa ümid bəsləyən bazar iştirakçıları istədiklərini ala bilmədilər, çünki neftin korreksiyası gedir: "Dünya bankının korrektə edilmiş proqnozunda Brent markalı neftin orta qiyməti cari il üçün 52 dolları göstərir".

 

İqtisadçı bildirib ki, ABŞ gündəlik neft hasilatını artırması səbəbindən, neftin qiyməti ya sabit qalır, ya da ki, aşağı enir: "Ancaq ikinci bir məsələ var. Söhbət Səudiyyə və Rusiyadan gedir. Bunların özünün hal-hazırda marağındadır ki, neftin qiymətləri birdən-birə artsın. Nəyə görə? Neftin birdən-birdən birə artması, ABŞ-ın nəinki 9, 6 barelə, hətta 9,8 milyon barelə qədər hasilatı artıra bilərdi".

 

Rusiyanın gəlirlərinin 40%-ni neft məhsullarının təşkil etdiyini söyləyən İlham Şabanın sözlərinə görə, neft qəfildən bahalaşarsa, Rusiya müəyyən müddətdən sonra həm geosiyasi, həm də iqtisadi baxımından bazarlarda öz mövqelərini itirmək təhlükəsi ilə üzləşə bilər.

 

ABŞ-ın neft ehtiyatlarının bazara təsiri məsələsinə münasibət bildirən ekspert bunu belə izah edir: "İyun ayında bir çox neftayırma zavodlarının cari təmirə dayanması ona görə ehtiyatlar yığılır. O yığıma gedir. Oradakı məsələlər bazarda rezervdən başlayır.  Bazarda istəyirsən artır, ya azalt, rezervuardan stabil ora buraxılacaq. İyun ayının üçüncü həftəsindən bu qaynamağa başlayacaq".  

 

X

XƏBƏRLƏR
BÖYÜT