İran Qətərinin yola düşməsinə az qalıb - YAXIN ŞƏRQDƏ YENİ MÜHARİBƏ EHTİMALI
18:31 – 09 İyun, 2017

Ötən həftə beynəlxalq aləmdə çox zəngin hadisələrlə yadda qalıb. Yeddi ərəb dövləti digər ərəb dövlətinə, yəni Qətərə qarşı embarqo tətbiq edib. Qətər İrana və terrorçuluğa dəstək verməkdə ittiham olunur. Səudiyyə Ərəbistanı İranı terrorçuluğa dəstək verməkdə ittiham edir. Səudiyyənin dəstək verdiyi İŞİD isə, İranda son qırx ilin ən böyük terror aktlarını gerçəkləçdirib. İran parlamentində çoxlu sayda şəxs güllələnib. İmam Xomeyninin məqbərəsi qarşısında partlayış törədilib. Səudiyyənin Qətəri işğal etməyə hazırlaşdığı barədə iddialar səslənir. Türkiyə Qətəri müdafiə etmək üçün bu ölkəyə hərbi kontingent göndərib. Bir sözlər Yaxın Şərq sözün əsl mənasında ərəb sacına dönüb. APA TV-nin “Panoram” layihəsinin növbəti buraxılışında İranda baş verən terror aktları, Qətərə qarşı embarqo siyasəti ətrafında yaranan vəziyyət barədə geniş fikir mübadiləsi aparılıb.

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Politoloq  Vüqar Zifəroğlunun sözlərinə Qətərlə Səudiyyə Ərəbistanı arasında ərəb sivilizasiyasındakı liderlik uğrunda gedən mübarizə özünün ən pik həddini yaşamaqdadır: “Bu özünü əsasən Misirdə “müsəlman qardaşları”nın devrilməsi zamanı göstərdi. Misir sələfiləri birmənalı şəkildə çevrilişə dəstək verdilər və hərbiçilərin yanında yer aldılar. Qətər “müsəlman qardaşlar” hərəkatına dəstək verməklə, əsasən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə qarşı bir özünümüdafiə instinkti formalaşdırmağa çalışırdı. Əslində Qətərin İrana jestləri ilk deyil, bu mənada təəccüblənməyə dəyməz”.

Vüqar Zifəroğlu hesab edir ki, Səudiyyə Ərəbistanı qaz ehtiyatları ilə zəngin olan İranla Qətər arasında qaz monopoliyasının yaranmasından ehtiyat edir. Qətərin Səudiyyə Ərəbistanı tərəfindən işğal ediləcəyi ilə bağlı fikirlərə münasibət bildirən politoloq, bunu mümkünsüz hesab edir: “Qətər əslində ABŞ-ın hərbi bazasıdır”.  Politoloq İranın proseslərdəki üstünlüyünü, şiələri öz ətrafında cəmləməsi bacarığı ilə izah edib: “24 ərəb ölkəsi var və bunlar bir-biri ilə müttəfiq deyillər. Liderləri də yoxdur. Üumiyyətlə geosiyasət boşluğu sevmir. Alternativ qüvvə mütləq gəlib o boşluğu tutmalıdır. Bu alternativ də kim olur? İran”.

Türkiyənin Ərəb dünyası ilə münasibətlərindən bəhs edən Vüqar Zifəroğlu bildirib ki, Türkiyə hələ Misirdəki çevriliş zamanı “Müsəlman qardaşları”nı müdafiə etdiyi və Qətərlə eyni mövqeyi paylaşdığı zaman ərəb ölkələri tərəfindən müəyyən təpkilərə məruz qalmışdı və bundan nəitcə çıxarmaq lazım idii: “Bu balanslığın pozulması baxımından mənfi qiymətləndirilməlidir. Bu ərəblərin öz işində gedən bir rəqabətdir. Türkiyənin hansısa bir tərəfin yanında yer alması, Türkiyənin Yaxın Şərq manevr imkanlarını tükədir”.

Politoq hesab edir ki, İranın Qətəri dəstəkləməsi, Qətərin ərəb dünyasında Səudiyyə Ərəbistanının lideriliyini qəbul etməməsi səbəbindən irəli gəlir: “Elə bir vəziyyət yaranıb ki, ərəb ölkələri bir-birini İranla qorxudurlar. Yaxın Şərqdə baş verən proseslərdə İran Əsədi itirə bilərmi? Mümkün deyil. Əsədi itirsə Livanda mövqeyi zəifləyəcək”.

“İŞİD necə oldu yetişdi?” məsələsini qabardan Vüqar Zifəroğlu, bununla bağlı bir neçə faktorları sadalayb:  “İtmiş Səddamın qoşunu var idi, bax o bir faktor. Bağdad kimi ənənəvi ərəb siyasətinin mərkəzi funksiyasını yerinə yetirmiş bir yerdə oturdu şiələr. Süni-ərəb əşirətlərini başladılar İraqdan uzaqlaşdırmağa. Təbii ki, xarici kəşfiyyat orqanları burada rol oynayıb”.  

Ərəb ölkələrinin Səudiyyə Ərəbistanı ilə münasibətlərindən bəhs edən politoloq, bunu Səudiyyə ilə Qərb arasında mövcud olan münasibətlərdən qaynaqlandığını vurğulayıb: “Biz deyə bilmərik ki, ərəb ölkələri Qətər-Səudiyyə münasibətlərində sırf Qətərin tərəfində dururlar. Məsələn Oman bununla bağlı açıqlama verdi ki, biz Qətərlə hər hansı bir şəkildə münasibətləri pozmağa hazırlaşmırıq. Ərəblərin içində parçalanmalar özünü göstərir. Faktiki olaraq neftin qiymətinin aşağı düşməsi var və Qətər bununla oynaya bilər”.

İranda baş verən terror hadisələrinə münasibət bildirən Vüqar Zifəroğluya görə, İran parlamentinə hücum, dövlətçilik simvoluna qarşı yönəlmiş xəbərdarlıq idi.

“1979-cu ildən sonra İran parlamentində atışma səsi gəlməmişdi. Bu artıq onu sübut edir ki, mesaj konkretdir. Biz istəsəydik, bunu çoxdan edərdik. İranı ürəyindən vurdular” – Vüqar Zifəroğlu belə deyib. Politoloq həmçinin son hadisələrin hakimiyyət daxilindəki ziddiyyətlərin nəticəsi olmasını da istisna etməyib.

Politoloq eyni zamanda İran hakimiyyətinin ölkədə yaşayan etnoslara münasibətinə də toxunub: “Etnik münaqişələr İranda son zamanlar qızışdırılır. İranda konkret olaraq etnoslarla bağlı müəyyən bir siyasət, aydın siyasi kurs ortaya qoyulmalıdır. İranda nə qədər ərəb əşirətləri var ki, rejimdən, Tehrandan narazıdırlar. Terroru törədənlər, İran tərəfi özü etiraf elədi ki, İran vətəndaşlarıdır. Bunlar İran İslam Cümhuriyyətinin vətəndaşları olan ərəblərdir. Sistsanda, Bəlücistanda olan partlayışlar, nə qədər orada İran əsgəri öldürülür. Sadəcə bu Tehranda özünü göstərmirdi”.

Politoloq deyib ki, İran rəsmilərinin baş vermiş hadisələrlə bağlı Səudiyyə Ərəbistanını günahlandırmağa tələsməməsi ağıllı siyasətdir: “İran ətrafında çoxlu şiə qruplaşmaları var. İran məhz o qruplaşmaların və hərəkatların vasitəsilə öz cavabını verəcək”.

Həcc ziyarətinin yaxınlaşdığını vurğulayan Vüqar Zifəroğlu deyib ki, İran zəvvarlarının Həcc ziyarəti ilə bağlı maraqlı məqamların baş verməsi mümkündür.   

 

  

 

 

X

XƏBƏRLƏR
BÖYÜT