Nüşabə Ələsgərli bu yolla XEYLİ ARIQLADI
18:26 – 20 İyun, 2017

“Anam, bacım dünyasını dəyişəndən sonra il yarım idi efirlərə çıxmırdım”. Bu sözləri APA TV-nin “Show time” verilişində qonaq olan əməkdar artist Nüşabə Ələsgərli deyib: “Onları itirəndən sonra həyata olan marağım öldü. İndi də efirlərə çıxmağa marağım yoxdur. İnsanın həyatında dostun, övladın öz yeri var. Amma ana əvəzedilməzdir. Bacının isə başqa bir yeri var. Dünyasını dəyişən bacım mənim bütün yaradıcılığıma bağlı bir insan idi. Bütün mahnılarımın ilk dinləyicisi, tənqidçisi o idi. Bu günə qədər bütün kliplərimi o hazırlayıb. Bir sözlə, mənim yaradıcılığımda bacımın xüsusi rolu olub. Həyatdır də, nə etmək olar? Qisməti belə imiş”.

 

 

Verilişin digər qonağı Müğənni Nazənin N. Ələsgərli ilə dostluğundan söhbət açıb: “Nüşabənin mənimlə dostluğu sözlə deyiləsi deyil. O, mənim pis günlərimin dostdur. İnsanın probleminə qulaq asan xanımdır. Bir söz olanda da adamı sözlə elə sakitləşdirir ki... Məni depressiyaya yalnız bir şey sala bilər. O da dostumun mənə qarşı naxələf çıxmağı. Dosta güvəndimsə, onu hər zaman qoruyuram”.

 

 

Əməkdar artist “Bu illər ərzində aranızı vuran oldumu?" sualına da cavab verib: “Mənə yox, Nazəninə mənim barəmdə nələrsə deyə bilərlər. O duyğusal insandır, mən isə elə deyiləm. Amma mənə heç bir zaman kimsə deyə bilməz ki, Nazənin sənə filan vaxtı çəp baxıb. Elə bir şərait yaratmaram ki, onun barəsində mənə nəsə deyilsin. Uşaq deyiləm ki? Mənim öz mövqeyim var. Nazənin ərköyündür, amma “sözəgedən” adam deyil. Onun da kəskin xarakterləri var”.

 

Nazənin isə bildirib ki, onunla dost olmaq hər adamın işi deyil: “Mən dost və ya düşmən oldumsa, ömürlük oluram. Mənə qarşı etibarsızlıq edən dostlara qarşı da düşmənçilik etmirəm. Sadəcə onu həyatımdan silirəm. Çünki mən yalandan rol oynaya bilmirəm”.

 

 

Son dövrlər çəkisini xeyli aşağı salan N. Ələsgərli bildirib ki, əməliyyat yolu ilə arıqlamayıb: “Heç vaxt narkoz almamışam. Çünki qorxuram. Hətta göz ətrafında etdirdiyim əməliyyatı da keyitmə ilə etdirməmişəm. Narkozdan qorxduğuma görə  plastik əməliyyat yolu ilə arıqlamadım. İndi arıqlamışam, özü də təbii yolla. Zəncəfillə bal, limon. Əvvəllər 76 kilo idim, indi 67 kilo olmuşam. Gələcəkdə əməliyyata gedə bilərəm. İllər ötür, insan qocalır, ona görə də formada qalmaq lazımdır”.

 

Nazənin özünü aparıcı kimi sınamasından da danışıb: “Aparıcılığıma görə tənqid eşitməmişəm. Bəlkə də tənqid edənlər olur, amma üzümə demirlər. Buna normal yanaşıram. Ortada iş varsa, tənqid mütləq olmalıdır. Tənqidə dözərəm, təhqirə yox. Ən böyük və kiçik tənqidçim Nüşabə Ələsgərlidir. Verilişimdə nəsə qüsur olanda, dərhal deyir”.

 

N. Ələsgərli bildirib ki, sosial şəbəkədə ona bəzi insanlar tənqidi şərhlər yazırlar: “Biri yazır ki, geyimin pisdir, saçın pisdir. Cavab verirəm ki, mən buyam. Amma bəzən də mənə yazırlar ki, “bəsdir, ana-bacının ölməyi ilə özünü reklam etdin”. Bu sözdən o tərəfi yoxdur. Mənə reklam lazımdır? Həmin vaxtlarda bütün efirlər məni dəvət edirdilər. Reklam idisə, elə verilişlərə çıxıb, qol qaldırıb oynayardım da. Adam ölüsü ilə özünü reklam edər? Bu sözü yazan hansı millətin nümayəndəsidir? İstəmirəm qarğış edim, amma mənə o sözləri yazanların da ölüsü olacaq, o halı yaşayacaq”.

 

X

XƏBƏRLƏR
BÖYÜT