Qapılar bağlanır: Qətər "Müharibə stansiyası"na gedir
19:34 – 23 İyun, 2017

Qətər böhranına yenə çalarlar əlavə olunub. Səudiyyə kralı qəfildən öz varisini dəyişib. Qardaşı oğlunu varislikdən məhrum edən kral, öz oğlunu, 31 yaşlı Məhəmməd İbn Salmanı Səudiyyə taxtının vəliəhdi elan edib. Qərarı ilk alqışlayan isə, Səudiyyənin müharibə vəziyyətində olduğu Qətər olub: yeni varisi ilk olaraq Qətər əmiri təbrik edib. İran Suriyadakı İŞİD mövqelərinə dəqiq zərbələr endirib və bunu Tehran terroruna cavab adlandırıb. Raket zərbələrindən 3 saat sonra Səudiyyə hərbiçiləri İran gəmilərini atəşə tutublar. Ər-Riyad İranı neft platformalarında terror aktı törətməkdə günahlandırıb. Türkiyə Qətərə çox saylı kontingent göndərib, Səudiyyə isə Qətərlə münasibətləri normallaşdırmaq üçün 10 şərt açıqlayıb. Şərtlərdən biri Türkiyədən Qətərdən qoşunları çıxarmasıdır. APA TV-nin “Panoram” laiyhəsinin növbəti buraxılışında Körfəz regionunda baş verən hadisələrlə bağlı təhlillər aparılıb.

“Oğuz” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vüqar Zifəroğlu hesab edir ki, Səudiyyə Ərəbistanında baş verən vəliəhd dəyişikliyinə yalnız kral ailəsinin  daxilindəki rəqabət prizmasından baxmaq doğru deyil: “Əslində Məhəmməd İbn Salmanın vəliəhd elan edilməsi, Səduyyə Ərəbistanının həm də mesajı kimi qiymətləndirilməlidir. Keçmiş vəliəhd, 55 yaşı Məhəmməd İbn Naif Obama administrasiyasına yaxın bir şəxs idi. Məhəmməd İbn Salmanla Tramp administrasiyasının vəziyyəti necədir? Çox yaxşıdır. Mart ayında Məhəmməd İbn Salmanın Trampla görüşü oldu və həmin görüşdə Misirdən alınması planlaşdırılan iki adada Məhəmməd İbn Salman Amerika Birləşmiş Ştatlarına hərbi üst təşkil edilməsini təklif etdi”. Politoloq onu da vurğulayıb ki, Məhəmməd İbn Salmanın həm “İxvan”a, həm də “Həmas”a münasibəti daha kəskindir: “Hətta mən belə deyərdim, Məhəmməd İban Salmanın şiə hərəkatına münasibəti daha kəskindir. Yəmən kampaniyasının əsas təşəbbüskarlarından biri Məhəmməd İbn Salmandır”.

Vuqar Zifəroğlunun sözlərinə görə mövcud proseslərdə Birləşmiş Ərəb Əmirliklərinin artıq kifayət qədər gücə və mövqelərə sahib ola biləcəyini proqnozlaşdırmaq mümkündür: “Proseslərdə kifayət qədər katalizator rolu oynaya biləcək bir ölkə var ki, burada da məhz Məhəmməd İbn Zaid kimi şəxsin şahidi oluruq”. 

Politoloq Yaxın Şərqdə baş verən proseslərdə təkcə Qərbi günahlandırmağın doğru olmadığı fikrindədir: “İdarəçilikdə şəffaflığın olması, xalqlar münasibərlərdə şəffaflığın olması, bu islam coğrafiyasında - ərəb coğrafiyasında çox ciddi bir problemdir. Suriya bu gün bunun ən bariz modelidir. İdarəçilik mexanizminin özün də ciddi problemlər var. Qərb sadəcə bundan yararlanır”.

Məhəımməd İbn Salmanın Türkiyəyə olan münasibətinə toxunan politoloqun sözlərinə görə burada kifayət qədər loyal və isti münasibətlərdən söhbət gedə bilər: “Məhəmməd İbn Naibin Türkiyəyə münasibət isə birmənalı olmayıb. Rəsmi Ankara ümid edir ki, Məhəmməd İbn Salman kral Salmanın Türkiyəyə vizyonunu davam etdirəcək”.

İordaniyanın mövqeyinə gəlincə, Vüqar Zifəroğlu deyib ki, İordaniyanın hansısa tərəfin yanında olduğunun şahidi deyilik: “Eyni zamanda Misir faktoru da var ki, İordaniya-Misir münasibətlərində də müəyyən ziqzaqvari proseslərin şahidi oluruq. Mən deyə bilmzədim ki, İordaniya açar-kilid statusunu oynaya biləcək bir ölkədir”. Politoloq onu da qeyd edib ki, mövcud proseslərdə İsrail birbaşa Səudiyyə Ərəbistanını önə buraxmaqdadır.

Vüqar Zifəroğlu deyib ki, ərəb ölkələrinin hər birinin maraqlarını uzlaşdıran faktor, İran və Türkiyəyə münasibət məsələsidir: “Qətər böhranında İran faktoru qabardılsa da, İran hədəf kimi göstərilsə də, burada həm Səudiyyə Ərəbistanı, həm də Qətər öz maraqlı prizmasından İran faktorundan sadəcə yararlandılar”. Politoloq hesab edir ki, İranh faktoru səbəbindən Səudiyyə Ərəbistanı Qətəri öz yanına çəkməyə məcburdur.   

Türkiyə məsələsinə gəlincə politoloq qeyd edib ki, ərəb dünyasında mövcud olan düşüncə Türkiyənin ərəb ölkələri arasında nüfuza malik ola bilməyəcəyi ilə bağlıdır: “Osmanlı dönəmindən sonra ərəblər Qərb faktorundan yararlanırdılar, İsrail faktorundan yararlanırdılar”. Vüqar Zifəroğlu hesab edir ki, Qətərə ordu göndərməsinə baxmayaraq, Qətər özü də Türkiyənin bu regionda statusa malik olmasını istəmir.     

“İranın İŞİD mövqelərinə zərbə endirməsindən sonra Rusiyanın da analoji addım atması gözlənilən addımdır” – Vüqar Zifəroğlu belə deyib. Politoloq hesab edir ki, İran öz mövqelərini get-gedə Yəməndə də artıracaq. Politoqun sözlərinə görə Yaxın Şərqdə 64 ölkənin əsgəri bir-birinə güllə atırsa, bu Üçüncü Dünya Müharibəsinin artıq getdiyinə işarə edir.

Sentyabrda kürd referendumunun keçirilməsinə məsələsinə toxunan Vüqar Zifəroğlu hesab edir ki, ərəb ölkələri Kürdüstan dövlətinin yaradılmasında maraqlı deyil: “Əgər Kürdüstan adlı referendumu keçirilsə, Kürdüstan dövlətinin yaradılmasına ən azı cəhdlər edilsə, bu İraqda və Suriyada federallaşma proyektlərinin ortaya çıxmasına təkan verə bilər. Buna ərəb ölkələri nə dərəcədə razılıq verəcəklər, bu kifayət qədər ciddi məsələdir. 

X

XƏBƏRLƏR
BÖYÜT