Heyvanlara hörmətsizlik ailədəki tərbiyədən irəli gəlir
18:12 – 29 İyun, 2017

Cəmiyyətimizdə heyvanlara qarşı hansı münasibət hökm sürməkdədir? Biz onlara qarşı daha çox sevgi, yoxsa sevgisizlik nümayiş etdiririk?  Sahibsiz itlərə kim sahib çıxmalıdır? TV-nin “Bizim həftə” layihəsinin növbəti buraxılışında bu suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.

İDEA  Heyvanlara Qayğı Mərkəzinin icraçı direktoru Surxay Şükürov küçə heyvanları ilə bağlı vəziyyətin qənaətbəxş olmadığını söyləyib: “Günbəgün göstərir ki, sadəcə sığınacaq yaratmaq və bunları sığınacaqda yerləşdirmək məsələnin həlli ola bilməz. Nə qədər sığınacaq açılsa da, problemin kökündən həll olunmasa bu heyvanların sayı davam edəcək. Heyvanlar artmğa davam edir. Heyvanların qaynaqlandığı yer insan faktorudur təbii ki”.  

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin baş məsləhətçisi Ramiz Salmanov hesab edir ki, hər bir insan küçədəki sahibsiz heyvanlara qayğı göstərərsə, bu problem tezliklə aradan qalxmış olar. Azərbaycan Respublikasının 2007-ci ildə qoşulduğu Avropa Konvensiyasına toxunan Ramiz Salmanov deyib ki, Azərbaycanın bu konvensiyaya bir qeyri-şərti mövcuddur: “İstəyir evdə saxlanılsın, istəyir keçədə olan itin işgəncə verilməsi, onlara əziyyət verilməsi, dişinin çıxarılması, qulağının kəsilməsi, quyruğunun kəsilməsi hamısı qadağadır. İtin quyruğunun sivil qaydada kəsilməsi problemi Avropa Konvensiyasından çıxarlıb”. Ramiz Salmanovun sözlərinə görə sahibsiz itlərin güllələnməsi qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət, inzibati xətalarla cərimələr nəzərdə tutur. Baş məsləhətçi deyib ki, inkişaf etmiş ölkələrdə bu problemin həlli, sahibsiz heyvanlarda nəsilartımının qarşısı alınaraq həll olunur: “Dediyim o məntəqələrdə erkək və dişi yumurta hüceyrələrinin götürülməsi, erkəklərin konstrasiya olması, dişilərin yumurta hüceyrələrinin çıxarılmasıdır. Onları yenə də sivil qaydada aparılb məskunlaşdıqları yerə buraxırsan”.

Evində “Quzi” ləqəbli pişik saxlayan müğənni Eldar Qasımov ümumiyyətlə bütün heyvanları çox sevdiyini deyib: “Bu hansısa bir əşya deyil. Bəli, bu canlıdır, onun da istəyi ola bilər. Sən onunla sən istəyəndə oynaya bilməzsən, ancaq. Onunla bir övladın kimi davranmalısan”. Eldar Qasımov hesab edir ki, heyvanlara qarşı hörmətsizlik və sevgisizlik bu gün cəmiyyətimizin ən böyük problemlərindən biridir: “Dəfələrlə görmüşəm ki, pişiyin quyruğunu yandırır, itlərə işgəncə verirlər. Bu ailədəki tərbiyədən irəli gəlir. Bu uşaqdan soruşursan niyə belə edirsən? Sonra özünə cavab verirsən ki, bu belə tərbiyə alıb. Bəlkə ata-anası bu uşaqla belə rəftar edirlər?!” Müğənni buna bəraət qazandırmağın mümkün olmadığını söyləyib.

Surxay Şükürov, sahibsiz itlərdə aqressivliyin yaranma səbəbini, onların ətraf mühit, insanlarla olan ünsiyyəti ilə əlaqələndirib. “İnsanların 70% qısırlaşdırma, yəni axtalatdırmağa pis yanaşırlar. Bunu hətta qəddarlıq adlandırırlar. Halbuki, insanların çoxu istəyir ki, bunlar küçədən yığışdırılsın. Küçədən yığışdırmaq həll yolu ola bilməz. Harada su varsa, qida varsa o qayıdacaq. O heyvanların yerinə başqa heyvanlar gələcək” – Surxay Şükürov belə deyib.

Ramiz Salmanov hesab edir ki, bu sahədə maarifləndirmə işinin aparılmasına böyük ehtiyac var.  Baş məsləhətçi fikirlərini belə ifadə edib: “Baytarlıq nöqteyi-nəzərindən desək, klinik müayinədən keçirilməlidir o heyvanlar, onlara quduzluq xəstəliyinə qarşı peyvəndlənməsi aparılmalıdır və bunların təbliğatı genişləndirilməlidir. İnsanlar başa düşməlidir ki, bu heyvan tam sağlamdır, özü də artımının da qarşısı alınıb. Bəlkə o təbliğata qulaq asan insan heyvana qarşı qəddar prinsipindən daşınar”.

Eldar Qasımov deyib ki, heyvanlara qarşı hisslər yalnız sevgidən asıldır: “Əgər mən görürəm ki, qonşum özünün ev heyvanına, yaxud küçə heyvanına pis rəftar edirsə, mən dərhal düşünməyə başlayıram ki, o sabah mənim uşağıma qarşı pis münasibət göstərə bilər”.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT