Mətbuat və sosial şəbəkədə müharibəni necə aparaq?
19:01 – 07 İyul, 2017

İyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş terror bu gün də mətbuatın və sosial şəbəkələrin müzakirə mövzusudur. Hansı üsullardan istifadə etməliyik ki, bu terror aktı bütün dünyanın diqqətinə çatsın? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsində bu məsələlər müzakirə edilib.

 

Bakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev  deyib ki, Azərbaycanda olan yəhudiləri Azərbaycan xalqı ilə nəinki qardaşlaşıb, eyni zamanda bir-birinə pərçimlənib: "Bizi bir-birimizdən ayırmaq mümkün deyil. Albert Aqarunov köçüb gedə də bilərdi, amma Albert Aqarunov Azərbaycanın müdafiəsi üçün, vətəninin müdafiəsi üçün qalıb vuruşurdu. Ona görə də biz yəhudilər həmişə Azərbaycanın xoş gününə sevinmişik, bəd güllərdə bir yerdə olmuşuq. Görünməyən bir vəhşilikdir ki, dinc xalqa iki yaşlı uşağa qıymaq mümkün olsun. Ona görə də bunu bütün dünyaya yaymaq lazımdır".

 

"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin deyib ki, sosial şəbəkələrdə kifayət qədər insanlar öz imkanlarına uyğun şəkildə etirazlarını bildirirdilər. "Ermənistan təkcə Cənubi Qafqaz üçün yara deyil, Ermənistan dünya üçün yaradır. Beynəlxalq təşkilatlar da qətiyyətli mövqe ortaya qoymalıdır. Sosial şəbəkələrdən də fəal və faydalı şəkildə istifadə etmək lazımdır. Dünya ölkələrinə həqiqətlər o ölkələrinin öz dillərində çatdırılmalıdır" - Vüqar Rəhimzadə belə deyib.

 

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli hesab edir ki, mövcud məsələyə insanların sosial şəbəkələrdəki emosional münasibətinə normal yanaşmaq lazımdır: "Lakin peşəkarların emosional münasibət göstərməsini heç cür qəbul eləmirəm. Təbliğat işi, xüsusilə belə həssas məsələlərdə qətiyyən emosiyaya yol vermək olmaz". E.Mirzəbəyli onu da vurğulayıb ki, bu əslində ictimai rəyin qabarıq şəkildə ifadə olunması üçün yaradılmış imkandır. "Əgər mediaya çıxış imkanları yoxdursa,  sosial medianın imkanlarından istifadə edib, təbliğatı irəli aparmaq lazımdır" - Elçin Mirzəbəyli belə deyib.

 

Baş redaktor həmçinin qətlə yetirilmiş Zəhranın fotolarının o halda yayılmasının düzgün olmadığını vurğulayıb: "Hesab edirəm ki, bu düzgün yanaşma deyil. Qənaətimə görə həmin o evdən müəyyən bir oyuncağın, güllələnmiş, parçalanmış, yerə düşmüş oyuncağının onun yatağının və yaxud hər hansı birinin foto şəklinin paylaşması hesab edirəm ki, daha effektiv nəticə verə bilərdi".  E.Mirzəbəylinin sözlərinə görə informasiya yaş təbəqələrinə fərqli şəkildə təqdim olunmalıdır.    

 

"Facebook" sosial şəbəkəsində profil şəkilləri üçün "I'm Zahra" adlı çərçivə hazırlayan jurnalist Şahin Sərdarlı, bu kampaniyanın vacibliyindən danışıb: "Ona görə mən bu kampaniyanı başlatdım ki, xaricilər daha çox cəlb olunsun. Həmin çərçivədən 55.000 insan istifadə elədi. Bu o deməkdir ki, hər birimizin dostluğunda minimal 1000 nəfər orta hesabla götürsək, bu yarım milyon insan oldu".

 

Milix Yevdayev deyib ki, Bakıda fəaliyyət göstərən Yəhudi sinaqoquna gələn qonaqlar buradakı yaxşı gün-güzəranla tanış olduqda, Azərbaycanın həqiqətlərini görmüş olurlar: "Azərbaycan şərə düşüb, özü də 30 ilə yaxındır. Bugünkü əmin-amanlığımıza, bugünkü sülh şəraitində yaşamağımıza qıcıqlananlar var. Onların məhz əlləri ilə Qarabağ məsələsi müşkülə dönüb".  

 

Vüqar Rəhimzadə təbliğat məsələsində hər bir vətəndaşın üzərinə məsuliyyət düşdüyünü söyləyib: "Amma biz bu işləri sistemli şəkildə həyata keçirməliyik. Bu dövrü xarakter daşımamalıdır. Bizim vacib məsələlərdən biri diplomatik korpus nümayəndələrinin fəaliyyətinin artırılması vacib məsələdir. Diaspor qurumlarının fəaliyyətini artırmaq çox vacib məsələdir". V. Rəhimzadə  deyib ki, bu gün təbliğat məsələsində Azərbaycan ictimaiyyəti kifayət qədər həmrəylik nümayiş etdirib.

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT