Sənətçilər təqvim günlərində: kim və necə davranır?
16:04 – 10 İyul, 2017

Məşhur olmaq, tanınmaq, sevilmək, təbii ki, xoşdur. Amma bununla yanaşı etiraf etmələyik ki, çox ağır bir işdir. Bu gün Azərbaycanda məşhurlar özlərini necə aparmalıdır?  Məşhurlar hansısa hadisələrdə, hansısa təqvim günlərində necə olmalıdır? Onu tanıyan insanlara və ümumiyyətlə cəmiyyətə hansı mesajları verməlidir? APA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsində bu suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Aktyor Teymur Məmmədov deyib ki, sənətçi başqa insanlardan fərqli olaraq elinin ən çətin günündə camaatın içində olmalıdır: “Sovet vaxtı yollarda belə bir fikir yazılırdı: Torpaqda izi olmayanın süfrədə üzü olmaz. Ağır gündə xalqdan qıraqda olmaz düzgün düzgün deyil. Bu borcdur, vəzifədir, vətəndaşlıqdır, insanlıqdır”.

İyulun 4-də, Füzulinin Alxanlı kəndində  erməni terrorunun qurbanı olmuş 2 yaşlı Zəhranın həlak olduğu yerə qız övladı ilə gedən idmançı Kamil Zeynallı, mətbuatda, sosial şəbəkələrdə barəsində yazılan fikirlərə belə münasibət bildirib: “Qızımı götürüb ora getməyim həm ailəyə dəstəkdir. Həm də istəyirəm ki, övladımı vətənpərvər böyüdüm. Əgər bu reklam yazanlar, inanın onlar insanlıqdan uzaq olan insanlardır. Deyirlər uşağı niyə apardın? Mənim övladım onların uşağından artıq deyil ki?! Uşaq məzarı ilə reklam olar? Övladımla reklam olar?”

Aparıcı Mələk Heydərli Qarabağ məsələsinin Azərbaycan üçün son dərəcə həssas məsələ olduğunu qeyd edib: “Bizim məşhurlar, göz önündə olan insanlarımız bu həssas nöqtəni anlamalıdırlar. Hamı hamının üstünə atır, amma heç kim heç nə eləmir. Eləyən insanları da qınamağa başlayırlar. Ay insan fərdi fikirləş, sən nə etmisən bu vətən üçün?”

Mələk Heydərova erməni terrorunun baş verdiyi vaxtda öz şəkillərini paylaşmadığını söyləyərək, bəzi məşhurlara irad da bildirib: “Mən bizim məşhurların sosial şəbəkələrdəki şəkillərinə baxıram, dəhşətə gəlirəm. Bir həftə gözləyin də, bir həftə əyləncənizdən kənarda qalın, şəkil çəkdirməyin, ümumiyyətlə. Belə hadisələrdə hamı bir-birini tanıyır. Torpağından didərgin düşən ailələr var, biz onları başa düşməliyik”.   

Kamil Zeynallı hər bir kəsin öz imkanları daxilində əsgərlərə diqqət göstərməli olduğunu vurğulayıb: “Biz bu gün onlara borcluyuq. Onlar olmazsa, biz kimik ki? Birliyimizi göstərməliyik”.

Teymur Məmmədov bu fikirdədir ki, Zəhraya güllə dəyən yer, Zəhranın qanının töküldüyü yer, məktəblilərdən tutmuş böyüklərə qədər hər kəsin ziyarətgah yerinə çevrilməlidir.  

Mərhəmət hissinə toxunan Mələk Heydərova bunu belə izah edib: “Fərdi olaraq kiçik bir canlıdan başla. Ağac olsun, heyvan olsun, özündə bunu formalaşdır. Mərhəmət hissini sən özündən yaratmalısan və ondan sonra onu göstərməlisən”. Aparıcı hesab edir ki, mərhəmət hissi xırda şeylərdən başlayır. “Bizdə belədir, filankəs getmədi, mən niyə gedim?” – Mələk Heydərli məsələyə münasibət bildirərkən belə deyib.  

X

XƏBƏRLƏR
BÖYÜT