Uşaqlar loğman əlində niyə ölməlidir?
16:28 – 12 İyul, 2017

İki gün əvvəl Ağdaş Mərkəzi Rayon Xəstəxanasında bir ölüm hadisəsi baş verdi. Sağ sait sınığına görə əməliyyata girən 9 yaşlı uşaq tələf oldu. Bəs uşaqlar loğman əlində niyə ölməlidir? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında təkcə bu hadisə barədə deyil, ümumiyyətlə Azərbaycanda həkim əlində baş verən ölüm hallarından danışılıb.

 

Anestezioloq-reanimatoloq Oqtay Şamilov uşağın ölüm hadisəsinə belə münasibət bildirib: "Heç bir xəstə əməliyyat vaxtı tələf olmamalıdır. Əgər tələf olursa, hər hansı bir səhv var. Adi sınıqdırsa, planlı bir şeydirsə, orada heç nə olmamalıdır. Əgər xəstə əməliyyat zamanı ölübsə, deməli burada kimsə səhv edib". Oqtay Şamilov hesab edir ki, ola bilsin ki, uşağın vəziyyəti əməliyyatdan öncə düzgün qiymətləndirilməyib.

 

Pediatr Günay Rəsulova deyib ki, bu cür hallar bəzən zamanında həkimə müraciət etməməkdən irəli gəlir: "Gecikdirilmiş hallarda müalicə prosedurlarında ağırlaşma ehtimalı riski də yüksəlmiş olur. Ara həkimlərində ləngimək düzgün deyil. Qolu sınıbsa, ilk növbədə personala, həkimlərə müraciət olunmalıdır ki, sonrakı fəsadlarda risk yüksəlmiş olmasın. Bəzən iki-üç aylıq körpə pnevmaniya ilə çöpçüdə ləngidilir". Günay Rəsulova bu məsələdə əczaxanaların da məsuliyyətinin yüksək olduğunu vurğulayıb: "Aptekçilərdə də bir az səhv var. Həkimin təyinatını həkimdən icazəsiz dəyişməlidir. Hər nə yazırsa həkim ora möhürünü vuraraq, yazır".

 

Üç yaşında vaxtı keçmiş konservdən zəhərlənərək klinik ölüm keçirən aparıcı-müğənni Roza Zərgərli, övladının omba sümüyündə problem yaşandığını söyləyib: "Belə dedilər ki, 13 yaşına qədər gözləyəcəksiniz, 13 yaşında bir əməliyyat qoyulacaq hər iki tərəfə. 13 yaşına qədər saxlaya bilsəniz, bu uşaq ayağa qalxa bilər. Amma biz bu uşağı əməliyyatsız ayağa qaldırdıq. Sadəcə xaş və yumurta qabığı. Sözsüz ki, həkimin müalicəsi var idi, həkim onu gipsə qoymuşdu. Ona dəstək olaraq ara həkimi loğmanın  üsulu ilə getdik". Roza Zərgərli hesab edir ki, uşaqların sağlamlıq vəziyyətini mütəmadi olaraq yadda saxlamaq, vaxtlı-vaxtında dəqiq diaqnoz qoymaq üçün, anketlərin, protokolların olması vacibdir.  

 

Oqtay Şamilovun sözlərinə görə pediatrik anesteziyanın daha mürəkkəb olduğunu vurğulayıb: "Əgər anestezioloji ölüm halı baş veribsə, deməli burada burda bir araşdırma lazımdır ki, səhv nədədir? Vaxtında doğulub, vaxtından tez doğulub? Doğulandan sonra problemi olub, olmayıb? Bunları bilmək lazımdır".

 

Günay Rəsulova hesab edir ki, əməliyyat vaxtı uşağın vəziyyətinin öncədən dəyərləndirilməsi vacib amildir. Qeysəriyə əməliyyatlarına toxunan pediatr deyib ki, məcburiyyət olmadığı halda bu əməliyyatın aparılması düzgün deyil: "Vaxtından erkən doğum perinatal ölümlərin içində əsas səbəblərdən biridir". Günay Rəsulova həmçinin bildirib ki, yeni doğulan hər bir körpə rutin olaraq çanaq müayinəsindən keçir. "Erkən aşkarlanmada bu problemin həlli asan olur. Yenə də gecikmə faktoru olmamalıdır" - Günay Rəsulova belə deyib. 

 

Roza Zərgərli, ölkəmizdən kənarda çoxlu sayda bacarıqlı Azərbaycanlı həkimlərin fəaliyyətin göstərdiyini qeyd edib.  

     

 

X

XƏBƏRLƏR
BÖYÜT