Anadolu türkləri hər il minlərlə can alan yol qəzalarına "trafik canavarı" deyir. Haqlıdırlar. Budur, bu canavar təkcə bu gün 6 can aldı. Onu durdurmaq mümkündürmü? Yəqin ki, yox. Çünki bütün dünyada yol qəzaları baş verir və nəticədə dünyasını dəyişənlər olur. Amma heç olmasa, qurbanların sayını azaltmaq mümkündür.
İllər öncə Bakıya qonaq gələn şotlandiyalı xanım mühəndisin verdiyi sualı bu yerdə xatırlamamaq olmur: "Siz azərbaycanlılar niyə yeriyəndə yavaş yeriyirsiniz, maşını isə sürətlə sürürsünüz? Bəlkə tərsinə edəsiniz?"
© 2013 APA TV - Onlayn Televiziya | Haqqımızda | Əlaqə
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer 8 ilə tam dəstəklənir. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.