Azərbaycanlı aktyor “Kardeşim benim 2”də çəkiləcək
11:00 – 15 İyul, 2017

Burak Özçivit, Murat Boz ve Aslı Ənvərin birgə rol aldığı, 2016-cı ilin ən çox sevilən türk filmi “Kardeşim benim”in ikinci hissəsi çəkiləcək.

 

APA TV-nin məlumatına görə, ötən il təqdim olunan, 27 həftə kinoteatrlarda göstərilən, 2 milyon izləyici toplayan, Türkiyənin "Top 10"-luğuna düşən ekran işində bu dəfə azərbaycanlı aktyora da yer veriləcək.

 

“Kardeşim benim 2” də son illər filmlərdə yaddaqalan obrazlar yaradan Kamran Ağabalayev də rol alacaq: “Xəbəri 10 gün öncə aldım. Menecerim Türkiyədə ən məşhur menecerlərdən biridir. Mehmet İncədən təklif gəldi. İlk video sınaqlar üçün İstanbulda, sonra müəyyən yerləri çəkib yenidən göndərdik və müsbət cavab gəldi, təsdiqləndi. Şirkət Burak Özçivitin şirkətidir. Oranın vəkilləri ilə əlaqə saxladıq, müqavilə imzaladıq. Filmin çəkilişi başlayıb. Mənim səhnələrim 16-dan başlayır. İstanbul, oradan da Çanaqqalaya gedəcəyik”.

 

Bu, Kamran üçün türkiyəlilərlə ilk işbirliyi deyil. O, “Kızkaçıran”, “Tərkedilmiş”, “İstanbul sokakları”, “Atçalı Kel Mehmet” filmlərində rol alıb. Yeni filmdəki rolu barədə çox danışmasa da, aktyor ipucu verdi: "10-a yaxın çəkiliş günüm var. Balaca obraz deyil. İki qəhrəmanın həyatında fəal iştirak edən biridir. Sonluğa yaxın bu iki qardaşın həyatında böyük rol oynayır. “Kardeşim benim 2” də mənfi xarakterdə deyiləm".

 

Fürsətdən istifadə edib aktyordan soruşduq ki, türkiyəlilərlə işləmək asandır, yoxsa çətin? “Tələblər başqadır. İlk növbədə sənin hansı metodlarla işlədiyini soruşurlar. Türkiyəlilər Hollivud və Avropada olduğu kimi aktyor metodları ilə işləyirlər. L.Strasberq, S.Adler, İ.Çabbak metodlarından istifadə edirlər. Ən azı bu sistemlərə hazır olmalısan. Daim yerində saymaqla heç nə alınmır. Hər dəfə hazır olmalısan”.

 

Yeri gəlmişkən, Kamran yeni film təklifləri də alıb. Türkiyə, Rusiya, hətta Avropaya gedəcək. Amma aktyor hələ ki, bu işləri sirr saxlayır.

 

O ki qaldı “Kardeşim benim-2”yə, filmin noyabrın 25-də təqdim edilməsi gözlənilir.  

X

XƏBƏRLƏR
BÖYÜT