Məmurlar və övladları: kim, necə davranır?
18:08 – 14 İyul, 2017

Hər dövləti dik saxlayan, onu gücləndirən mühüm amillərin sırasında dövlətin əkranın xalqa münasibəti mühüm yer tutur. Bu baxımdan sirr deyil ki, hakimiyyəti güclü olan dövlət də güclü olur. Hakimiyyət nümayəndələrinin xalqla münasibəti təmiz olanda o zaman dövlət də güclü olur. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev keçirdiyi son müşavirədə məmurlara  üzünü tutaraq, ölkədə heç kimin xüsusi imtiyaza malik olmadığını bir daha qeyd edib. Bəs məmurlar, onların ailələri övladları buna nə qədər əməl edir? APA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışında bu məsələ müzakirə edilib.

Millət vəkili Fazil Mustafa təklif edib ki, özbaşınalıq edən məmur övladlarını cəbhə bölgələrinə göndərmək məqsədəuyğun olar: “Bu cür enerjisi çox olan, avtobus sürücüsünə yumruq ilişdirən, taksi sürücüsünü döyən, metroda nəzarətçinin yaxasını silkələyən adamların hamısını yığırıq, təzədən göndəririk hərbi xidmətə”. Fazil Mustafa onu da qeyd edib ki, Azərbaycanda həm də təbliğ edilməyə ehtiyacı olan yaxşı məmur övladları var. “Göstərmək lazımdır ki, bu nazirin oğludur, gedib Avropanın mühitində diaspora işi görür, universitetdə yüksək təhsil alır, müdafiə eləyir. Bunları da nümunə olaraq göstərmək lazımdır” – millət vəkili belə deyib.

Əmnəkdar incəsənət xadimi, kinorejissor Şeyx Əbdül Mahmudbəyovun sözlərinə görə məmurların özbaşına uşaqları tək ictimai baxımından deyil, eyni zamanda mənəvi cəhətdən Azərbaycana nə qədər ziyan vururlar: “Öz maşınları ilə, küçələrdəki, restoranlardakı, bardakı əxlaqsızlıqları ilə. Və kənarda qalan azərbaycanlı da, bu məmləkətdə yaşamağa haqqı olan azərbaycanlı uşağı da baxır onlara, ağıllısı deyir ki, mənlik deyil. Amma hamı elə düşünmür axı. Allaha Şükür ki, prezident bu işlərə nəzarət edir”.

Azvision.az saytının rəhbəri Vüsal Məmmədov deyib ki, məmur dövlətin simasıdır: “Məmur vətəndaşın dövlətlə təmasda olduğu sərhəddir, incə bir zonadır. Vətəndaş dövlətin ona olan münasibətini məmurla ünsiyyət zamanı hiss edir. Məmurun vətəndaşla münasibəti elə olmalıdır ki, dövlətin vətəndaşa göstərmək istədiyi münasibətə adekvat olsun”. V. Məmmədov onu da vurğulayıb ki, bəzi məmurlar dövləti təmsil etdiklərini unudurlar. “Evində iki oğluna sözünü keçirdə bilməyən adam böyük bir kollektivi, böyük bir idarəni necə idarə edə bilər?” – Vüsal Məmmədov belə deyib.

Şeyx Əbdülmahmudbəyov “Qan yaddaşı” filmini çəkərkən, sənədli materiallar olaraq 3 cildlik “Qafqazda erməni məsələləri” kitabına istinad etdiyini və həmin kitabın Taleh Heydərov tərəfindən hazırlandığını vurğulayıb. “Yəni, belə nümunəvi məmur övladları da var” – kinorejissor belə deyib.  

 Sovet dövrünün məmurlarından nümunə gətirən Fazil Mustafa deyib ki, bu gün də həmin məmurların övladları o bölgələrə gedəndə, başlarına and içirlər: “Həmin rayona gedəndə dərhal xatırlayırlar: bu filankəsin oğludur. Mən bunu çox yerlərdə müşahidə edib görürəm ki, iz qalır”. Millət vəkili həmçinin bir maşınların nömrələri məsələsinə də toxunub: “Nömrə yarışı gedir. Mən millət vəkiliyəm, mənim maşınımın nömrəsi sadə nömrədir. Mənim qohumum gündə məni məni bezdirib ki, mənə nömrə al. Deyirəm məınim nömrəmdən niyə fərqlənməlisən?”

Fazil Mustafa hesab edir ki, bir məmurun nümunəvi davranışı nə qədər vətəndaşı dövlətdən razı salır.

Vüsal Məmmədov deyib ki, bahalı maşınları, bahalı geyimləri ilə öyünən insanları cəmiyyət qınamalıdır.

X

XƏBƏRLƏR
BÖYÜT