İŞİD-in yeni xəlifəsi o olacaq - FRANSA VƏTƏNDAŞIDIR
15:45 – 15 İyul, 2017

İŞİD terror təşkilatının öldürülən lideri Əbubəkr əl-Bağdadinin yerinə keçməsi ehtimal olunan adamın adı açıqlanıb.

 

APA TV-nin xəbərinə görə, "əl-Ərəbiyyə" telekanalı İŞİD-in Liviyadakı qoluna başçılıq edən Cəlaləddin əl-Tunisinin Bağdadini əvəzləyəcəyi barədə məlumat yayıb.

 

Əsl adı Məhəmməd bin Salem əl-Ayuni olan terrorçu 1982-ci ildə Tunisdə anadan olub. 1990-cı illərdə o, Fransaya mühacirət edib və Fransa vətəndaşlığı alıb. 2011-ci ildə Tunisdə yaşanan "Ərəb Baharı" inqilabından sonra vətəninə qayıdan əl-Ayuni daha sonra Suriyaya gedərək İŞİD sıralarına qoşulub.

 

Xatırladaq ki, iyunun ortalarında Rusiya tərəfi Əbubəkr əl-Bağdadinin İraqın Rəqqa şəhəri yaxınlığında məhv edildiyini açıqlayıb. Onun aviazərbələr nəticəsində öldüyü bildirilib. İyunun sonunda isə İran mətbuatı Bağdadinin meyitinin fotolarını yayıb. İŞİD iyulun 11-də Əbu Bəkr əl-Bağdadinin ölüm xəbərini təsdiqləyib.

X

XƏBƏRLƏR
BÖYÜT