ÜST: Yəməndəki vəba epidemiyası zəvvarlar üçün ciddi təhlükə yarada bilər
17:03 – 15 İyul, 2017

Yəməndə sürətlə yayılan vəba epidemiyası zəvvarlar üçün ciddi təhlükə yarada bilər.

 

APA TV-nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Səudiyyə Ərəbistanına Həcc ziyarətinə yollanacaq zəvvarlara xəbərdarlıq edib.

 

Müraciətdə deyilir ki, Yəməndə, eləcə də bəzi Afrika ölkələrində sürətlə yayılan vəba Səudiyyə Ərəbistanına səfər edəcək zəvvarlar üçün ciddi təhlükədir.

 

Paralel olaraq vəba ilə mübarizə aparan təşkilatın eksperti Dominik Leqros qeyd edib ki, Səudiyyə Ərəbistanı virusun yayılmaması üçün bütün tədbirləri görüb.

 

ÜST-nin məlumatına görə, hazırda Yəməndə 300 min insan vəbaya yoluxub.

 

Qeyd edək ki, bu il Həcc ziyarəti sentyabrın əvvəlində həyata keçiriləcək.

 

X

XƏBƏRLƏR
BÖYÜT