Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku - 15 İyul
18:17 – 15 İyul, 2017

15 iyul Türkiyə və türk dünyası tarixinin ən üzücü, həm də ən şərəfli səhifələrindən biridir. Üzücüdür ona görə ki, XXI əsrdə Türkiyə kimi demokratik ənənələri olan bir ölkədə kimlərsə hərbi çevrilişin mümkün olduğuna inandı və Türkiyə Ordusundakı bir qrup xainin əli ilə buna cəhd etdi. Bu zaman 300-dən çox hərbçi və mülki şəxs həlak oldu, 15 400 nəfər yaralandı. Çevrilişçilər tarixdə ilk dəfə olaraq Türkiyə Böyük Millət Məclisinin binasını bombalamaqdan da çəkinmədilər. Halbuki Mustafa Kamal Atatürk "mənim sizə ən böyük əmanətim Türkiyə Böyük Millət Məclisidir" söyləmişdi.

 

Türk millətinin heç nədən çəkinməyərək çevrilişçilərin üstünə əliyalın getməsi və hərbi çevrilişin baş tutmasına imkan verməməsi isə Türkiyə tarixinin şərəf səhifəsidir. 15 iyul hadisələri Türkiyənin demokratiyadan başqa bir yol seçmədiyini və bu ölkədə hərbi çevriliş yolu ilə hakimiyyətə gəlməyin artıq tarixdə qaldığını sübut etdi. Böyük Atatürk demişkən, hakimiyyət qeydsiz-şərtsiz Millətə məxsusdur.

X

XƏBƏRLƏR
BÖYÜT