Biləsuvarda körpü çökdü
18:57 – 15 İyul, 2017

Ələt-Astara yolunda körpü çöküb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

 

Yolun 91-ci kilometrliyində olan körpüdə anidən çökmə qeydə alınıb. Bu səbəbdən avtomaşınların hərəkətində çətinliklər yaranıb. Hazırda körpüyə ağır tonnajlı yük avtomobillərinin daxil olması məhdudlaşdırılıb. Şor sularının axıdıldığı kollektorun üzərində yerləşən körpüdə minik avtomobillərinin hərəkətinə isə heç bir məhdudiyyət yoxdur. 

 

Hərəkətin normal axınını təmin etmək üçün ərazidə müvəqqəti olaraq alternativ yol çəkilir. Ərazidə olan "Azəravtoyol" ASC rəsmiləri körpünün n təmir olunacağını deyiblər.

X

XƏBƏRLƏR
BÖYÜT