Özü zəhərlənən ana ikiaylıq körpəsini də zəhərlədi - TOVUZDA
22:59 – 16 İyul, 2017

Tovuzda zəhərlənmə olub.

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, rayonun Qovlar şəhər sakini, 1987-ci il təvəllüdlü Şəlalə Əliyeva və onun  2 aylıq oğlu Süleyman Sadıqov zəhərlənmə əlaməti ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, qadın həyətlərində olan toyuq damını dərmanla dezinfeksiya etdikdən sonra zəhərlənib. O, iki aylıq körpəsinə süd verdiyi üçün uşaqda da zəhərlənmə əlaməti olub.

X

XƏBƏRLƏR
BÖYÜT