Prezident İlham Əliyev Latviyada səfərdədir
23:02 – 16 İyul, 2017

Azərbaycan prezidenti İlham Əliyevin iyulun 16-da Latviya Respublikasına rəsmi səfəri başlayıb.

APA TV-nin məlumatına görə, Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalğalandığı Riqanın beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Latviya Prezidenti Ofisinin rəhbəri Arnis Salnajs və digər rəsmi şəxslər qarşılayıb.

X

XƏBƏRLƏR
BÖYÜT