ABŞ ordusunun İtaliyaya atdığı bomba zərərsizləşdirildi - 72 İLDƏN SONRA
23:04 – 16 İyul, 2017

İtaliyada 2-ci Dünya Müharibəsi dövründən qalma partlayıcı qurğu aşkarlanıb. Mərminin ABŞ ordusu tərəfindən atıldığı bildirilir.

APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, mərmi ölkənin şimalındakı Bressanone şəhəri ərazisində, Brenner keçidindən 50 km cənubda aşkarlanıb.

İtaliya əsgərləri tərəfindən bombanın zərərsizləşdirilməsi əməliyyatı qısa müddətdə və uğurla başa çatıb. Mərminin aşkarlandığı ətraf ərazi və avtomobil yolları bir neçə saatlıq bağlı qalıb.

X

XƏBƏRLƏR
BÖYÜT