Hindistanda avtobus dağdan aşdı, 16 dindar öldü
03:32 – 17 İyul, 2017

Hindistanın Kəşmir vilayətində induist dindarlarını daşıyan avtobus uçurumdan yuvarlanıb.

APA TV "Euronews"a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 16 nəfər ölüb, daha 27 nəfər isə xəsarət alıb.

Avtobusda olanların uçurumdan çıxarılması üçün xilasetmə işlərinə polis qüvvələri, hərbçilər və helikopter cəlb olunub. Yaralılardan 19 nəfərini yaxınlıqda olan xəstəxanalara aparıblar. Onlardan bəzilərinin vəziyyəti ağır olub.

Yol qəzası ölkənin şimalındakı Şrinaqar şəhərinə aparan yolda baş verib. Dindarlar Amarnatx mağarasına ziyarətə gedirmiş. Həmin mağara induistlərin ən müqəddəs yerlərindən biri hesab olunur.

X

XƏBƏRLƏR
BÖYÜT