30 yaşlı kişini evinin yaxınlığında öldürdülər - BAKIDA QƏTL
06:04 – 17 İyul, 2017

Bakıda qətl törədilib. APA TV-nin xəbərinə görə, qanlı hadisə paytaxtın Suraxanı rayonunda baş verib və Bülbülə qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Əhmədov Vasif Şirməmməd oğlu bıçaqlanıb.

Məlumata görə, V.Əhmədov evdə olarkən hələlik istintaqa məlum olmayan bir neçə nəfər onu küçəyə çağırıb. Yaşadığı evin yaxınlığında həmin şəxslərlə mübahisə zamanı onlardan biri V.Əhmədova bıçaqla xəsarətlər yetirib. 30 yaşlı gənc yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qətlin təfərrüatlarını Suraxanı rayon prokurorluğu araşdırır. Faktla əlaqədar əməliyyat-axtarış işlərinə başlanılıb.

X

XƏBƏRLƏR
BÖYÜT