Qızmar hava davam edəcək - XƏBƏRDARLIQ
13:03 – 17 İyul, 2017

İyulun 18-də Bakı və Abşeron yarımadasında hava günəşli olacaq. ETSN-dən APA TV-yə verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun gecə 20-25, gündüz 32-37 dərəcə isti, Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 18-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25 dərəcə isti, gündüz 34-39 dərəcə isti, dağlarda gecə 13-18 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

X

XƏBƏRLƏR
BÖYÜT