Baş prokurorun müavini: “Ölkədə rüşvət vermə cinayəti rüşvət almadan çoxdur”
14:13 – 17 İyul, 2017

“Bank sahəsində 32 şəxs barəsində 19 cinayəti işi istintaq edilərək məhkəmələrə göndərilib”.

 

APA TV-nin xəbərinə görə, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

 

K.Əliyev qeyd edib ki, təhsil sahəsində 12 şəxs barəsində 10 cinayət işi, tikinti sahəsində 5 şəxs barəsində 4 cinayət işi, Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyinin 5 əməkdaşı barədə 3 cinayət işi, yerli icra hakimiyyəti orqanları ilə bağlı 4 şəxs barəsində 4 cinayət işi istintaq edilib.

 

Kamran Əliyev  ölkədə rüşvət vermə və  rüşvət alma cinayətlərinin statistikasını da açıqlayıb.  İdarə rəisi rüşvətvermə cinayətinin bu ilin ilk yarısi üçün daha çox olduğunu bildirib: "Qulluq mövqeyindən istifadə etmə  və mənimsəmə 42 faiz, qulluq mövqeyindən istifadə etmə  və dələduzluq 26 faiz, vəzifədən sui-istifadə etmə 13, rüşvət vermə 5, rüşvət alma 2 faiz, digərləri 12 faiz təşkil edir. Gördüyünüz kimi, bu il rüşvət vermə ilə bağlı cinayətlərin sayı bu il daha çoxdur".

 

Araşdırılması üçün aidiyyəti üzrə müvafiq qurumlara göndərilmiş müraciətlərlə bağlı aparılmış xidməti yoxlamalar nəticəsində vəzifəli şəxslərin hərəkətlərində aşkarlanan cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 12 vəzifəli şəxs xəbərdarlıq, 5 vəzifəli şəxs töhmət alıb, 2 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib: “On nəfər isə vəzifəsindən azad edilib. Araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 1 təqdimat göndərilib”. 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT