Bakı-Qazax yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə yolun Tovuz rayonunun Əyyublu kəndidən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı avtomobil yolu keçmək istəyən Əyyublu kənd sakini, 29 yaşlı Əsgərov Taleh Saleh oğlunu vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
© 2013 APA TV - Onlayn Televiziya | Haqqımızda | Əlaqə
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer 8 ilə tam dəstəklənir. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.