Kürd kəşfiyyatı: "Bağdadi ölməyib"
15:28 – 17 İyul, 2017

"İŞİD lideri Əbubəkr əl-Bağdadi sağdır və hazırda Suriyanın Rəqqa şəhərində gizlənir".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu açıqlamanı İraq Kürdüstanının kəşfiyyat rəhbəri Lahur Təlabani verib.

 

Kəşfiyyat məlumatlarında Əl-Bağdadinin Suriya ərazisində olması ehtimalı yüksək dəyərləndirilir.

 

Bir qədər əvvəl İraqın Kəşfiyyat Xidməti də əllərində İŞİD liderinin ölmədiyi ilə bağlı məlumat olduğunu açıqlayıb.

 

Xatırladaq ki, iyunun ortalarında Rusiya tərəfi Əbubəkr əl-Bağdadinin İraqın Rəqqa şəhəri yaxınlığında məhv edildiyini açıqlayıb. Onun aviazərbələr nəticəsində öldüyü bildirilib. İyunun sonunda isə İran mətbuatı Bağdadinin meyitinin fotolarını yayıb. İŞİD iyulun 11-də Əbu Bəkr əl-Bağdadinin ölüm xəbərini təsdiqləyib.

 

X

XƏBƏRLƏR
BÖYÜT