Sumqayıtda ev və velosiped oğruları tutuldu
19:05 – 17 İyul, 2017

Sumqayıt Şəhər Polis İdarəsi oğurluqla məşğul olan iki nəfəri həbs edib.

 

APA TV-nin xəbərinə görə, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Məzahir Əliyev bu ilin aprel ayından başlayaraq Sumqayıt şəhəri Yaşıldərə bağlar massivində yerləşən fərdi yaşayış evlərindən oğurluq etməyə başlayıb.

 

M.Əliyev istintaqa ifadəsi zamanı Sumqayıt şəhərində 7 evdən pul, qızıl-zinət əşyaları, noutbuk, mobil telefon və digər qiymətli əşyalar oğurladığını bildirib: "Qıfıllarını qırıb içəri girib oğurluq edirdim".

 

İstintaq tədbirləri zamanı müəyyən edilib ki, M.Əliyev mənzillərdən dəyəri 15 min manata yaxın qızıl və 16 min manat pul oğurlamaqla zərərçəkənlərə ümumilikdə 31 min maddi manat ziyan vurub. Araşdırmalar zamanı M.Əliyevin Binəqədi və Abşeron rayonları ərazisində yerləşən fərdi yaşayış evlərindən də oğurluq etdiyi məlum olub.

 

Natiq Əliyev isə velosiped oğrusudur. Qısa zaman ərzində o, ayrı-ayrı mikrorayonlardan vətəndaşlara məxsus 7 velosiped oğurlayıb. Oğurlanan velosipedlər isə kənar yerlərdə deyil, Sumqayıt bazarında dəyərindən aşağı qiymətlərə satılıb.

 

Hər iki faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam edir. 

X

XƏBƏRLƏR
BÖYÜT