Şəmil Sadiq: "Türk törəsində qadın Tanrının özüdür"
18:57 – 19 İyul, 2017

Türk törəsi və gələnəklərində nədən danışırlır? Türk törəsində Tanrıçılıq nə deməkdir? Türkçülüklə islam arasında hansı oxşar-ortaq məqamlar var. APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında Türk törələri və gələnəkləri müzakirə edilib.

 

Araşdırmaçı-doktor Nuralçiya Tağı deyib ki, Sibir türklərində din amili sistem olaraq formalaşmayıb: "Bizdə türk törəsini davam etdiriblər. Kommunist dövründə də hər il Türkiyədə bilinən "Qızıl günəş" bayramı qeyd edilirdi. Türk törəsində 4 kutlama olub. Birincisi günəşi kutlama idi".

 

Filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq hesab edir ki, dini zəngin törəsi olan xalq inkişaf etdirir: "Məsələn islamda qiblə anlayışı var, qədim türklərdə günəşin doğuşuna qoyulan xanın-xaqanın obasının açılışı var idi ki, yenə həmin məqamdır. Orta nöqtələr çoxdur. Törədən yola çıxmaq bu gün Saxa türkü ilə Azərbaycan türkünü nə bağlayır? Məsələn yas mərasimləri anlayışı ki, var bizdə 3,7, 40. Saxa türklərində 3, 9, 40 anlayışı var ki, çox maraqlı izahı var".

 

Mustafa Akaydın deyib ki, Şumer dilində Böyük Turan dillər qrupunun təsirinin görmək olar: "Təkcə Allah sözünü götürsək, bu baxımdan yeni versiyalar var. Allah türklərdə Aka sözündədir. Bu versiya İbrani-arami qrammatikasında Allah sözünə çevrildiyini görürük".  M. Akaydın onu da qeyd edib ki, Türk törəsi bütün dinlərin törəsinə öz təsirini göstərib.     

 

Şair, tədqiqatçı Əkbər Qoşalı hesab edirəm ki, aya və günəşə salavat çevirmək Türk rituallarından irəli gəlir: "Aya, günəşə münasibətdə kult yanaşma var idi. Ay sözü iştirak edən adam adları da ancaq bizdədir. Bunun özü də təsadüfi deyil, qanunauyğunluq var". Ə. Qoşalı iddia edir ki, türklərin səmavi görüşləri barədə daha az kitablar yazılıb, daha çox yaddaşlara həkk olunub. "Əslində Tanrıçılıq, Şamançılıq səmaya daha çox yaxındırlar, göyə daha çox yaxındırlar. Göy Tanrı. Hər halda yer tanrı demirik ki? Səmavi dinlərdə isə yer hadisəsi daha çoxdur" - Əkbər Qoşalı belə deyib.

 

Nuralçiya Tağının sözlərinə görə başqa millətlər din səbəbinə görə Türk törəsini unudublar: "Amma insanlar hələ də Türk adətlərini yaşayırlar".  Törələrdə qadın-kişi münasibətlərinə toxunan N. Tağı deyib ki, türk törəsində kişi, Tanrının qadın  üçün hədiyyəsi, qadın isə Tanrının obrazı kimi qəbul edilir.  

 

Şəmil Sadiq gender bərabərliyi, qadın-kişi münasibətlərinin Türk törəsində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. "Dünyanın hər bir yerində Tanrı deyəndə daha çox erkək obrazı, kişi obrazı nəzərdə tutulur".

 

Mustafa Akaydının sözlərinə görə Türk törəsində qadın və kişi bərabər qəbul edildi: "Bu gün digər dövlətlərə baxdıqda, xüsusən ərəb dövlətlərində qadın mövzusu fərqlidir".    

 

X

XƏBƏRLƏR
BÖYÜT