Eyyub Hüseynov: "Çimərliklər bələdiyyələrin balansına verilməlidir"
16:15 – 26 İyul, 2017

Yayın isti günlərində insanlar adətən həm sərinlənmək, həm dincəlmək, həm də müalicə üçün dənizə - çimərliklərə üz tuturlar. Çünki doğrudan da Xəzərin sahilləri əsl müalicə yeridir. Bəs çimərliklərimizdə vəziyyət necədir? Bakının, yaxud digər yerlərin çimərliklərində necə və neçəyə çimmək olar? Ümumiyyətlə pulsuz çimərliklər varmı? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsində bu məsələ müzakirə olunub.

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, istehlakçılar əslində çirkli, dövlətin vergi qanunvericiliyi pozulan yerlərə tələbat yaradırlar: "Qadağan olunmuş qanunsuz çimərliklər birmənalı şəkildə təhlükəlidir. Çünki dənizin altında sovet vaxtından qalmış çoxsaylı armaturlar var, çox təhlükəli yerlər var. Alternativ qalır hasarlanmış çimərliklərə. Çimərliyin hasarlanması düzgün deyil." E. Hüseynov istehlakçılara tövsiyə edir ki, çimərliklərdə pul verərkən kassa qəbzi tələb etsinlər. 

 

Yazar Şəhriyar Del Geraninin sözlərinə görə çimərliklər pullu olmalıdır: "Ucuz çimərliklər tamamilə əsəb gərginlik içərisində olur. İctimai qaydaları pozan adam bəlkə də 50-60 manat verib, yandakı çimərliyə getsə, özünü elə aparmayacaq. Ona görə də mən deyirəm ki, pullu çimərliklərin tərəfdarıyam. Pul ödəyəndə insanda istər-istəməz özünə nəzarət artır".  Yazar hesab edir ki, ucuz çimərliklərin qiyməti artırılmalıdır. "Bahalı yerlərdə təhlükəsizlik daha güclü olur. Pullu olsun, xidmət yüksək səviyyədə olsun" - Şəhriyar Del Gerani belə deyib.

 

Eyyub Hüseynov, ictimai yerlərdə, eləcə də çimərliklərdə sanitar qovşaqlarının pullu olmasını yol verilməz hesab edir. "Birmənalı şəkildə qiymətin yox, keyfiyyətin qaldırılmasının tərəfdarıyam. Qiymətin düşməsinin tərəfdarıyam ki, çimərliklərdə qiymət hər adam üçün yetərli olsun" - Eyyub Hüseynov belə deyib. Azad İstehlakçılar Birliyinin sədri həmçinin çimərliklərdəki natəmizliklərin səbəbinin istehlakçılarda olduğunu vurğulayıb: "Azərbaycan istehlakçısı, səliqəsiz istehlakçısıdır. Çox təəssüf ki, buna irad bildirmirlər".

 

Azad İstehlakçılar Birliyinin sədri hesab edir ki, bütün çimərliklər bələdiyyələrin balansına verilməli, gələn gəlir bələdiyyələrə getməlidir.

 

Şəhriyar Del Gerani deyib ki, pulsuz çimərliklərdə daha çox gərginlik yaşanır, pullu çimərliklərdə isə bu məsələ mühafizə vasitəsilə öz həllini tapır.

 

Eyyub Hüseynovun sözlərinə istehlakçı məhsul barədə tam məlumat almaq hüququna malikdir.   

 

Şəhriyar Del Gerani çimərliklərdəki natəmizliklərə görə sərt cərimələrin tərəfdarı olduğunu bildirib.  

 

 

  

X

XƏBƏRLƏR
BÖYÜT