Azər Həsənsoy: "Döyüş və silah mədəniyyətini gətirən qədim Türklər olublar"
16:38 – 28 İyul, 2017

Türklər bəşər mədəniyyətinə çox böyük töhfələr bəxş edib. Amma təəssüf ki, bir sıra dövrlərdə bu mədəniyyət, bu irs ya mənimsənilib, ya oğurlanıb, ya da unudulub. Amma bu gün bu mədəniyyəti davam etdirənlər var. Məlumdur ki, Şərq döyüş növlərindən söhbət düşərkən, adətən iki ölkənin - Yaponiya və Çinin adı çəkilir. Amma türklərin də döyüş sənəti var. APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsində bu mövzu müzakirə olunub.

 

Alpaqut Turan Döyüş Sənətinin qurucusu, kutsan Vasif Namazov bildirib ki, Alpaqut qədimdə döyüşçülərə verilən titul olub: "Türk dövlətlərində xüsusi təyinatlı döyüşçülərə verilən tituldur. Mahmud Kaşqarlıdan öncə bu ad Orxan-Yenisey abidələrində keçir. Mahmud Kaşqarlı bu titulda olan döyüşçünün statusunu yazır. Mahmud Kaşqarlı yazıb ki, Alpaqut döyüş sənəti düşmənə qarşı mübarizə aparan, heç bir tərəfdən ələ keçməyən igiddir".  Kutsan yaranan federasiyaya Alpaqut adının qoyulması məsələsinə də aydınlıq gətirib. "Bu gün dünyada 1000-dən çox döyüş sənəti var. Bizdə ortaya çıxdıq ki, Ümumtürk  döyüş sənəti ortaya qoyaq, konsepsiya ortaya qoyaq. Sadəcə yaratdığımız konsepsiya ki var, onun adını Alpaqut qoymuşuq. Ona görə də ki, ən yaxşı buna uyğun gələn ad budur" - Vasif Namazov belə deyib.

 

Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti, Dünya Alpaqut Federasiyasının üzvü Azər Həsənsoyun sözlərinə görə Çin və Koreya tarixçiləri  etiraf edirlər ki, döyüş və silah mədəniyyətini gətirən qədim Türklər olublar: "Hətta Yapon adalarında, Koreya  yarımadasında ilk dövlətlərin yaradıcıları Türklər olublar".    

 

Dünya Alpaqut Federasiyasının fəxri prezidenti, "Toraman Başad"  Fərid Əlizadə deyib ki,  Alpaqut döyüş növü daha geniş coğrafi məkanı əhatə etməkdədir: "Almaniyada, Çexiyada artıq federasiyalar qurtulmağa başlayır. Qısa müddətdə keçirilən çoxsaylı yarışların sayəsində 22 ölkədə bizim nümayəndəliklərimiz meydana gəldi. Bu döyüş sənəti Azərbaycan mərkəzlidir. Amma bu döyüş sənəti eyni zamanda tək Azərbaycana məxsus deyil".   

 

Alpaqut döyüş sənətinin xüsusiyyətlərinə toxunan Vasif Namazov deyib ki, qiymətləndirmə sistemi Türk iyerarxik qaydaları hesab olunur: "Alpaqutda bütün əsas taktika hücumdur. Alpaqut döyüşçülərinin paltarı çapan adlanır".

 

Azər Həsənsoy hesab edir ki, digər xalqlar döyüş mədəniyyəti ilə bağlı hər şeyi Türklərdən götürüblər: "Dəmir mədəniyyətini, geyim mədəniyyətini  türklərdən öyrəniblər. Biz onların özünə istinad edirik. Konkret olaraq göstərilir ki, ata minmək üçün uyğun olan geyimi biz türklərdən öyrəndik". A.Həsənsoy həmçinin çinlilərin ucu lələkli dəbilqələri türklərdən götürdüklərini söyləyib. 

 

Vasif Namazov Alpaqut döyüş sənətində Orxon-Yenisey əlifbasından istifadə etdiklərini söyləyib: "Çünki mənfur düşmənlərimiz deyir ki, sizin əlifbanız yoxdur latın əlifbasından istifadə edirsiniz, ondan qabaq ərəb əlifbasından istifadə edirdiniz. O əlifba bizim əlifbamızdır. Valyutamızın üzərində də var. 5 manatın üzərində də var o əlifba". 

 

Fərid Əlizadə Dünya Alpaqut Federasiyanın digər ölkələrə doğru genişlənməsinin vacibliyini vurğulayıb. 

X

XƏBƏRLƏR
BÖYÜT