Övlad qatili valideynlər, diri-diri doğranan qızlar, quyuya atılan körpə...
17:19 – 03 Avqust, 2017

Ərəblər niyə qız övladlarını diri-diri basdırırdılar? Abort insan öldürməklə eyni günahdı? İslam hansı halda aborta icazə verir?

 

Qədimdə bəzi ərəblər qız uşağının doğulmasını özlərə qarşı namussuzluq kimi qəbul edir, ar bilirdilər. Bunun başqa səbəbləri də vardı. Ənənəyə görə ailənin ilk qız övladı diri-diri torpağa basdırılırdı”.

 

Bunu  ilahiyyatçı Samir Əzizov “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, islam qadına münasibəti dəyişdi: “Dinimiz qadına da hüquqlar verdi.  “Qurani-Kərim”də “Nisa” adlı surə var. Bu surədə qadın haqlarından bəhs olunur. Həmçinin Allah rəsulunun qızlarına,  xüsusən də xanım Zəhraya olan gözəl münasibəti çevrə üçün nümunə idi. Həzrəti Fatimə otağa daxil olanda peyğəmbər ayağa qalxar, onu əlindən tutub öz yerində əyləşdirərdi.Bu o dövr üçün qadına qarşı qeyri-adi davranış idi. Bununla Allah rəsulu qıza böyük dəyər verdiyini ifadə edirdi”.

 

S.Əzizov qeyd edib ki, günümüzdə də bəzi valideynlər qız övladından imtina edir: “Abort insan öldürməklə eyni günahdır. Bu qərarı verən ata-ana, həmçinin həkim və digər vasitəçilər də günah qazanır. Lakin əgər hamiləlik ana üçün həyati təhlükə yaradırsa, yalnız bu halda aborta icazə var. Bəzən ana belə bir addım atmaq istəmir, onu buna həyat yoldaşı məcbur edir. Belə olan halda qadın günahdan qaçmaq üçün mübarizə aparmalı, ərini ikna etməyə çalışmalıdır. Yox əgər heç cür qarşısını ala bilmirsə, o zaman məsuliyyəti həyat yoldaşı daşıyır”.

 

İlahiyyatçı cəmiyyətimizdə hələ də oğul övladına üstünlük verilməsindən də bəhs edib: “Bunun bəzi  səbəbləri var. Biri də nəslin davamıdır. İnsanlar nəslinin davam etməsi üçün oğul arzulayırlar. Amma unudurlar ki, Allah rəsulunun nəsli qızı xanım Zəhra ilə davam etdi. Rəbbimizdən hər zaman xeyirli övlad diləmək lazımdır. Ən doğrusu budur. Digər tərəfdən oğul övladına üstünlük verilməsi cəmiyyətdə balansı pozur. Bunu da nəzərə almaq önəmlidir”.

X

XƏBƏRLƏR
BÖYÜT