Yemək yeyərkən ardıcıllığa riayət edin!
17:43 – 07 Avqust, 2017

Yay aylarında qida zəhərlənmələri hallarına tez-tez rast gəlirik. Bu il neçə nəfər qidadan zəhərlənib? Niyə qarpızdan zəhərlənmə halları tez-tez baş verir? Qidadan zəhərlənmənin baş verməməsi nə etmək lazımdır? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında  bu suallar cavablandırılıb.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov deyib ki, 2017-ci il üzrə Respublika ərazisində 188 qida zəhərlənməsi halı baş vermişdir: “Vətəndaşların ev şəraitində hazırlanmış bostançılıq məhsullarından istifadəsi nəticəsində Respublikanın üç rayonunda ölüm hadisəsi qeydə alınmışdır. Xüsusilə yay mövsümündə istər ət və ət məhsulları olsun, istər süd və süd məhsulları olsun və digər bostançılıq məhsulları olsun, onların qəbulu zamanı müxtəlif çeşidlilik gözlənilməlidir. Əfsuslar olsun ki, vətəndaşlarımız bu çeşidliliyi gözləmədiklərinə görə gün ərzində müxtəlif, istər qazan yeməkləri olsun, istər közdə bişən yeməklər olsun, istərsə də bostançılqı məhsulları olsun ki, bu zəhərlənmə halının baş verməsinə səbəb ola bilər”. Ziyəddin Kazımov həmçinin alıcılara məhsulları düzgün saxlamalarını tövsiyyə edib. “Soyuq temperaturda saxlanmış qarpız isti temperaturda bişirilmiş qida ilə birlikdə qəbul olunur və bu zaman soyuqla istinin reaksiyası nəticəsində insan orqanizminə qeyd etdiyim bu karbohidratların qəbulu, yağların qəbulu və zülalların qəbulu prosesində bir –birinə əks göstəricilər yaranır” – Z. Kazımov belə deyib.

 

Ziyəddin Kazımov yay mövsümündə çimərlikdə istirahət edənlərin daha çox qida olaraq ev şəraitində hazırlanmış məhsulları apardıqlarını söyləyib: “Əlbəttə bu yolverilməzdir. Mütləq ərzaq mıhsulları +2, +6 dərəcə hərarətdə istifadə etmək lazımdır”.

 

Qarpızdan zəhərlənmə hallarına toxunan Z. Kazımov deyib ki, qarpızın ilıq suda yuyulmasını və kəsildikdən sonra mütləq istifadə olunmasını söyləyib: “Qarpızın əkilməsi, becərilməsi sanitariya xidmətinin nəzarəti altında həyata keçirilir. Nitratlar normada olmalıdır”.  

 

Yayda daha çox hansı qidalardan zəhərlənmə baş verir sualını cavablandıran Z.Kazımov deyib ki, bu əsasən vətəndaşların ərzaq məhsullarının temperaturunu düzgün saxlamamalarından irəli gəlir. Ən ağır zəhərlənmənin botilizm olduğunu qeyd edən Ziyəddin Kazımova görə, kip hermetik bağlanmış qablarda müəyyən müddətdən sonra şişmə əmələ gəlir: “Həmin bu proses konservləşdirilmiş, ev şəraitində pomidor-xiyar tutmalarında da baş verir”.

 

Ziyəddin Kazımov bildirib ki, qida zəhərlənmələrində ən tez əlamət büruzə verən, stafilakok infeksiyalarından zəhərlənmədir: “Bu əsasən şirmniyyatdan, tortdan və digər məhsullardan baş verir ki, bunun da müddəti 3 saatdır”.

 

Ticarət şəbəkələrində məhsulların saxlanılması qaydalarına toxunan Ziyəddin Kazımova görə bütün marketlərdə bu müəyyən olunmuş mavqfiq proqramlar əsasında həyata keçirilir: “Lakin əsas proses ticarət məhsulunun alınmasından sonra saxlanılması məsələsidir. Əgər vətəndaş dondurmanı alırsa, çantada iki saat gəzdirirsə, gətirib övladına verirsə, əlbəttə bu yolverilməzdir. Burada hansı temperatur rejimindən danışmaq olar? Digər məhsullarda belədir”.

 

Bağırsaq infeksiyalarından söhbət açan Z. Kazımova görə bütün ərzaq məhsulları bağırsaq çöplərindən zəhərlənməyə məruz qalır: “Çörək bişirili və avtonəqliyyat vasitəsilə satış yerlərinə çatdırlır. Burada mütləq insan bununla təmasda olur. Yəni hər hansı bir təmas varsa, deməli orada bağırsaq çöplərindən çirklənmə mövcuddur”.

 

Çimərliklər məsələsinə toxunan Ziyəddin Kazımov bildirib ki, Şıx və Sahil çimərlikləri məqsədəuyğun hesab edilmir: “Çünki həmin yerlərdə bağırsaq çöplərindən çirkləmə dəfələrlə normadan artıq olduğuna görə bu ərazilərdə vətəndaşın çimməsi məqsəduyğun sayılmır”. Dəniz sularının təmizlənməsinin mümkün olduğunu vurğulayan Z. Kazımov, bu prosesin təmizləyici qurğular tərəfindən aparılacağını deyib.     

 

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT