Temperatur bu həddə yüksələcək - BU İL İLK DƏFƏ
14:02 – 08 Avqust, 2017

Avqustun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) APA TV-yə verilən məlumata görə, zəif cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 25-28, gündüz  37-42, Bakıda gecə  26-28, gündüz  39-41 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  758  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz  35-45 % olacaq. 

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 28-29, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  29-30, Türkan, Hövsan, Sahil, Şıxda  30-31 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Qərb küləyi  axşam ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 22-27, gündüz 38-43, dağlarda gecə 16-21, gündüz  29-34 dərəcə isti olacağı gözlənilir.

 

X

XƏBƏRLƏR
BÖYÜT