Deist də ateist kimi kafir hökmündədir? Dinləri inkar edib, yalnız Allaha inanan da imanlı sayılırmı?
14:57 – 10 Avqust, 2017

İlahiyyatçı: “Deistin Allahı ilə müsəlmanın Allahı eyni deyil”

 

 

“İman bir hadisəni təsdiq etmək, onun arxasında dayanmaq mənasını ifadə edir. İslama görə iman Həzrəti Məhəmməd (s.ə.s.) peyğəmbərin  gətirmiş olduğu bütün prinsiplərə inanmaq və qəbul etməkdir”. 

 

Bunu  ilahiyyatçı Rövşən Məmmədov “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, imanın altı vacib şərti var: “ Birinci şərt Allahın bir olduğunu və varlığını qəbul etməkdir. Bu çox önəmlidir. İkinci şərt mələklərin varlığına inanmaqdır. Sadəcə mələklər də deyil. “Qurani-Kərim”də cinlər, ruhani varlıqlar var. Bunların da varlığını qəbul etmək iman şərtlərindən sayılır. Üçüncü olaraq, Allahın müxtəlif dövrlərində göndərdiyi kitablara inanmaqdır. Dördüncüsü Hz.Məhəmməd  (s.ə.s.) başda olmaqla,  Hz.Adəmdən son peyğəmbərədək  gəlmiş bütün Allahın elçilərini, rəsul və nəbilərini qəbul etməkdir. İmanın ən önəmli şərtlərindən biri də axirətə inam məsələsidir. İmanın altıncı şərti isə qədərə inanmaqdır. Kainatdakı hadisələrin ilahi nizamla baş verdiyini, onlarda hikmətin olduğunu, xeyir və şərin Allahdan olduğunu bilmək lazımdır. Çünki hər şeyi yaradan Rəbbimizdir”.

 

İlahiyyatçı qeyd edib ki,  altı şərtdən birini qəbul etməyən insan iman dairəsindən çıxır və mömin sayılmır: “Müsəlman və mömin kəlmələri eyni mənalı sözlərdir. Hər bir müsəlman sadaladığım 6 şərtə iman etməlidir. Onu da unutmamalıyıq ki, imanla əməl bir bütövdür. Mömin mütləq şəkildə Allahın əmr etdiyi ibadətləri yerinə yetirməli, namaz qılmalı, oruc tutmalı, zəkat verməli, imkanı daxilində Həccə getməli, haramlardan uzaq qalmalıdır. Lakin biri ibadət etmirsə, ona kafir demək olmaz. Beləsini fasiq adlandıra bilərsiniz”. 

 

R.Məmmədov imanın dəyişkənliyinə də aydınlıq gətirib: “İmanın artıb- azalmasına ən böyük təkan nədir?  Əməllər. Bir insanın Allahın əmrlərinə bağlılığı artdıqca, imanı da çoxalır.  İmanın artıb- azalması əməllərlə bağlı baş verir. Namazla imanı qardaşdır. Belə təsəvvür edin ki, iman böyük, namaz isə kiçik qardaşdır.Namaz insanı Allaha yaxınlaşdıran çox fərqli bir ibadətdir və imanın ən böyük təzahürüdür". 

X

XƏBƏRLƏR
BÖYÜT