Trampdan Putinə istehzalı minnətdarlıq
05:00 – 11 Avqust, 2017

ABŞ prezidenti Donald Tramp Rusiyadakı diplomatik missiyanın əməkdaşlarının sayının azaldılmasına görə rusiyalı həmkarı Vladimir Putinə minnətdarlığını bildirib. APA TV-nin məlumatına görə, D. Tramp bunu Vaşinqtonun xərcləri azaltmaq niyyətində olması ilə əlaqələndirib.    

 

“Putinə minnətdarlığımı bildirmək istərdim, çünki biz heyətlə bağlı xərclərimizi azaltmağa çalışırıq. Onun bu qədər adamı işindən kənarlaşdırmasına şadam, çünki ştat sayı xeyli azaldı”, - deyə D.Tramp bildirib.

 

Qeyd edək ki, rəsmi Moskva ABŞ-ın Rusiyadakı diplomatik missiyanın əməkdaşlarının sayını 455 nəfərədək azaldılmasına dair göstəriş verib. Bundan başqa, ABŞ səfirliyinə Moskvadakı bağ evindən və anbarlardan istifadəyə qadağa qoyulub. 

 

V. Putin ABŞ-ın Rusiyadakı diplomatik nümayəndəliklərinin 755 əməkdaşının ixtisar ediləcəyini bildirib. Bu addım Konqresin Rusiyaya qarşı sanksiyalar haqqında qanunu qəbul etməsinə cavab olaraq atılıb. 

 

X

XƏBƏRLƏR
BÖYÜT