18 yaşlı Şabran sakini: "Pulum qurtarırdı, yenə oğurluq edirdim"
11:01 – 11 Avqust, 2017

Şabranda yaşayış evlərindən oğurluq edən 18 yaşlı şəxs saxlanılıb. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, bir neçə evdən oğurluq etməkdə təqsirli bilinən Zamin Məlikov Şabran rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.


Araşdırmalar nəticəsində onun Şabranda 4 evdən oğurluq etdiyi müəyyənləşib.  2016-cı ildə də eyni əmələ görə tutulan Zaminin azyaşlı olması səbəbi ilə məhkəmə qərarı ilə barəsində həbs qərarı çıxarılmayıb: "İlk oğurluğum ev oğurluğu olub. Narkotik dərmanlardan və spirtli içkilərdən istifadə etdiyim üçün özümdə olmamışam. İlk oğurluğumda qızıl, pul götürmüşəm. Bakıda satıb istifadə eləmişəm, pul qurtarandan sonra yenidən oğurluq eləmişəm. Birinci dəfə tutulandan sonra qardaşım Bakıya aparmışdı ki, pis vərdişlərdən uzaqlaşım. Qardaşım rayona gələndən sonra mən də içkili vəziyyətdə Bakıdan gəlib oğurluq edib qayıdırdım".

Onun vətəndaşlara 5782 manat ziyan vurduğu müəyyənləşib: "Şabran rayon sakinləri tərəfindən 4 müraciət edilib ki, evlərindən oğurluq olub. Aparılan istintaq tədbirləri nəticəsində oğurluq edən şəxs saxlanılıb və cinayət məcəlləsinin 172.3 maddəsi ilə cinayət işi açılıb".

İstintaq tədbirləri davam etdirilir.

X

XƏBƏRLƏR
BÖYÜT