25 sürücü cəzalandırıldı: maşınlar cərimə meydançasına aparıldı
12:56 – 11 Avqust, 2017

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən Hacıqabul-Bəhramtəpə magistralında reyd keçirilib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, 25-ə qədər sürücü barəsində protokol tərtib edilib.
 

Magistral yollarda avtomobillərin  təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə BDYP-nin 13-cü alayı tərəfindən Hacıqabul-Horadiz magistralının 9-cu kilometrliyində reyd təşkil edilib.
 

Yol hərəkəti qaydalarını pozan, avtomobilin konstruksiyasına dəyişikliklər edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük vəsiqəsi olmadan avtomaşın idarə edən sürücülər müəyyən olunaraq məsuliyyətə cəlb edilib. Reyd zamanı ümumilikdə 25-ə qədər sürücü barəsində inzibati qaydada protokollar tərtib edilərək cərimələr yazılıb. Sənədləri olmayan bəzi avtomobillər müvəqqəti duracağa yerləşdirilib.
 

BDYPİ tərəfindən reydlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

  

X

XƏBƏRLƏR
BÖYÜT