İki əmioğlu meşədə plantasiya saldı - BİRİ TUTULDU
13:28 – 11 Avqust, 2017

Balakəndə "Xaşxaş - 2017" şərti adı altında növbəti əməliyyat keçirilib.

APA TV-nin məlumatına görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin becərdilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində "Xaşxaş - 2017" şərti adı altında növbəti əməliyyat-axtarış tədbiri keçirib.

Rayonun Katex kənd inzibati ərazisində, meşəlik ərazidə narkotik tərkibli bitkilərin  kultivasiya üsulu ilə əkilməsi barədə RPŞ-yə məlumat daxil olub.

Keçirilmiş tədbir nəticəsində rayonun Mahamalar kənd sakinləri olan əmi oğlanları - 1983-cü il təvəllüdlü  Firudin Umaxan oğlu Xəlilov və  1969-cu il təvəllüdlü  İslam Şeyx  oğlu Xəlilov ərazidə çətənə kollarına qulluq edən zaman iş başında yaxalanıblar.

Polis əməkdaşlarının əraziyə gəldiyini görən İslam Xəlilov ərazidən qaçaraq istintaqdan yayına bilib. Əvvəllər oğurluq etdiyi üçün məhkumluq həyatı yaşayan Firudin Xəlilov polis əməkdaşları tərəfindən saxlanılıb. Ərazidə narkotik tərkibli bitkilərin əkilməsində,  qurudulmasında iştirak edən və əməliyyat tədbiri zamanı qaçan İslam Xəlilovun tutularaq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Balakən RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.
 

 

X

XƏBƏRLƏR
BÖYÜT