Gürcüstan sərhədinə aparan yolda 42 maşın saxlanıldı
15:41 – 11 Avqust, 2017

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral avtomobil yolunun Şəki və Zaqatala rayonları ərazisindən keçən hissəsində təhlükəsizliyinin təmin olunması məqsədilə reyd keçirilib.

APA TV-nin  məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 5-ci tağımının əməkdaşları tərəfindən magistral yolun müxtəlif hissələrində keçirilən  reyd zamanı cərimələri ödəməyən, sənədləri qaydasında olmayan, avtomobili sərxoş və nasaz idarə edən, ötmə əməliyyatını düzgün yerinə yetirməyən 42 sürücü müəyyən edilərək onlara inzibati qaydada protokol tərtib olunub. Reyd zamanı minik avtomobillərinin və sərnişin mikroavtobuslarının sürücüləri saxlanılaraq onlarla maarifləndirmə işləri aparılıb, təhlükəsizlik qaydaları izah edilib.

Reydin keçirilməsində əsas məqsəd yol-nəqliyyat hadisələrinin qarşısının alınması, sərxoş sürücülərə qarşı mübarizə və hava şəraitinin isti keçməsi ilə əlaqədar sürücülərin təlimatlandırılması olub.

X

XƏBƏRLƏR
BÖYÜT