TRAMP SON NÖQTƏNİ QOYDU: "ABŞ ordusu tam hazırdır"
17:02 – 11 Avqust, 2017

"Şimali Koreya məsələsinin hərbi yolla həllinə tam hazırıq".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri ABŞ prezidenti Donald Tramp səsləndirib:

 

"Ümid edirik ki, məsələ bu nöqtəyə gəlib çıxmayacaq və Kim Çen In doğru yolu seçəcək. Lakin biz hər şeyə hazır olmalıyıq" deyə, D. Tramp "Twitter" səhifəsində yazıb.

 

Qeyd edək ki, avqustun 10-da rəsmi Pxenyana xəbərdarlıq edən Ağ Ev rəhbəri ölkənin tutduğu yoldan dönməyəcəyi təqdirdə ciddi problemlərlə üzləşəcəyinin anonsunu verib.

 

X

XƏBƏRLƏR
BÖYÜT